FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları
1-04-2022, 10:10 | TƏDQİQATLAR-ANALITIKA
Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları

Erməni quldurları dinc azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma keçərək böyükdən kiçiyədək hər kəsi qətlə yetirmişlər. Azərbaycanlılara qarşı erməni terrorunun birbaşa şahidi olan alman əsilli Kulner adlı şəxs Bakı hadisələrinə dair 1925-ci ildə yazısında ermənilərin müsəlman məhlələrinə soxularaq hər kəsi öldürdüyünü, qılıncla parçaladığını və dəlmədeşik etdiklərini qələmə alır.

Alman əsilli Kulnerin yazısından açıq-aşkar bizə məlum olur ki, ermənilər insanlığa qarşı misli görünməmiş vəhşiliklər törədərək 87 nəfər azərbaycanlıya məxsus cəsədlərin qulaq və burun nahiyyələrini kəsmiş, qarınlarını yırtmış, cinsiyyət orqanları doğramışlar. Ermənilər nə yaşlılara, nə hamilə olanlara, nə də ki uşaqlara qətiyyən rəhm etməmişlər.

Azərbaycanlıları məqsədyönlü şəkildə qətlə yetirənlərdən biri olan erməni zabiti Ovanes Aqresyanın xatirələrinə əsasən amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitabını qələmə almışdır. Ovanes Aqresyan amerikalı müəlliflə söhbəti zamanı ermənilərin igilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdığını bildirmiş, təkcə Bakıda 25 min nəfər azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyini qeyd etmişdir. Daşnaklar nəinki Bakıda, həmçinin, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvan və Qars ərazilərində səkkiz min nəfər dinc əhalini qətlə yetirmişlər. Soyqırım zamanı Azərbaycanın tarixi abidələri, o cümlədən, Şamaxıdakı Cümə məscidi ermənilər tərəfindən yandırılaraq uçuruma məruz qalmışdır. Cavanşir qəzasındakı 28 kənd, Cəbrayıl qəzasındakı 17 kənd tamamilə yandırılaraq məhv olunmuşdur.

1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında 3 min nəfərədək günahsız qadınlar, uşaqlar və yaşlılar ermənilər tərəfindən pusqulara salınaraq məhv olunmuşdur. Naxçıvan qəzasına məxsus bir neçə kənd, Zəngəzur qəzasına məxsus 115 kənd ermənilər tərəfindən məhv olunmuş, 3257 kişi, 2276 qadın və 2196 uşaq amansız şəkildə qətlə yetirilmişdir. İrəvan quberniyasına məxsus 199 kənddə yaşayan 135 min azərbaycanlı məhv olunmuş, kəndlər isə darmadağın olunmuşdur.

Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı polkunun dəstəyi ilə tarixin insanlığa qarşı törədilmiş ən faciəli və dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımını azərbaycanlılara qarşı törətmişlər. 1992-ci ilin mayında erməni silahlı qüvvələri Şuşanı ələ keçirdilər. 1992-ci ildə Laçını, 1993-cü ildə Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı və Zəngilanı işğal etdilər. O dönəm azərbaycanlıların güclü və təcrübəli bir dövlət başçısına ehtiyacları vardı. Məhz həmin şəraitdə Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyev hakmiyyətə gəldi.

Ümummilli lider Heydər Əliyev noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət edərək hərbi-təşkilati tədbirləri həyata keçirdi. Noyabrın ortalarında erməni quldurlarının Beyləqan istiqamətindəki hücumunun qarşısı alındı. 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kənd, həmçinin Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri işğaldan azad olundu.

Kəlbəcər-Laçın yolunun tunelə qədər olan hissəsi Azərbaycanın nəzarəti altına keçdi. Döyüşlər zamanı ermənilərin dörd min nəfər zabiti, 50 ədəd zirehli texnikası, 15 ədəd artilerriya qurğusu məhv olundu. Azərbaycanın müharibə zamanı yaratdığı dönüş, döyüş sahəsində qazandığı böyük nailiyyətlər təkcə Ermənistanı deyil, həmçinin onu müdafiə edən ermənipərəst qüvvələri də ciddi şəkildə narahat etməyə başladı. Belə bir şəraitdə 1994-cü ilin mayın 8-də Bişkek protokolu imzalandı, başqa sözlə desək Azərbaycanın düşmən üzərindəki qələbəsi mayın 12-də cəbhədə atəşkəsin əldə olunması ilə nəticələndi.

Bu gün artıq sevindirici hal ondan ibarətdir ki, həm baş verənlər soyqırımlar zamanı, həm də müharibələr zamanı şəhid olan bütün azərbaycanlıların ruhu artıq şaddır. Heç kəsin qanı yerdə qalmadı. Ermənilərin öz cinayətlərini ört-basdır edərək saxta “erməni soyqırımı”nı dünyaya car çəkməsinə baxmayaraq, hər kəs Ermənistanın əslində necə işğalçı bir dövlət olduğunu aydın şəkildə gördü. Tarixdə nə olursa-olsun ədalət gec də olsa həmişə öz yerini tapır. 44-günlük İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan əraziləri işğaldan azad olundu. Dəmir yumruq əməliyyatı ilə düşmən ordusunun başı əzildi. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu.

Hazırda Xocalı inzibati rayonunun tərkibində yerləşən Fərrux kəndinin nəzarət altına alınması, Daşbaşı strateji yüksəkliyinin də ələ keçirilməsi şanlı Azərbaycan Ordusunun davam etməkdə olan uğurlu hərbi əməliyyatlarının nəticəsidir.

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi




Baxış sayı: 805
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30