FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “İlham Əliyev. İnkişaf - məqsədimizdir”
23-06-2016, 09:35 | TƏDQİQATLAR-ANALITIKA
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”

“Sahibkarlığın inkişafına dəstək bundan sonra da davam etdiriləcəkdir. Mən bu gün bütün sahibkarlara öz siyasi dəstəyimi bir daha bildirmək istəyirəm. Bütün icra orqanlarına, onların rəhbərlərinə, yerlərdə, Bakıda, mərkəzi icra orqanlarında işləyən bütün məmurlara göstəriş verirəm ki, sahibkarlara maksimum dərəcədə kömək etsinlər, onlara problem yaratmasınlar, işinə müdaxilə etməsinlər. Onlara qarşı əsassız və qanunsuz tələblər irəli sürməsinlər və imkan versinlər ki, Azərbaycanda sahibkarlıq güclənsin, möhkəmlənsin. Bu, bizim gələcəyimizdir, iqtisadi müstəqilliyimizdir. Sahibkarlığın inkişafı olmadan Azərbaycanın hərtərəfli inkişafı davam etdirilə bilməz”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 28-ci cildində yer alan bu fikirlər dövlətimizin başçısının “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransdakı yekun nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin dekabrından 2008-ci ilin fevralınadək olan dövrü əhatə edir.
Nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyanın imperatoru Akihitoya məktubu ilə başlanır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə, həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfranslarındakı nitqləri yer alıb.
Kitabda Prezident İlham Əliyevin İsveçrəyə səfərinə, Dünya Davos İqtisadi Forumunda iştirakına, burada keçirdiyi çoxsaylı görüşlərə dair materiallar, Macarıstana dövlət səfəri zamanı Prezident Laslo Şoyom ilə görüşü, ikitərəfli sənədlərin imzalanması, dövlətimizin başçısına Macarıstanın nüfuzlu Korvinus Universitetinin Fəxri doktoru adının verilməsi, habelə apardığı danışıqları, çıxışları və bəyanatları əksini tapıb.
Nəşrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Əli Bayramlı (indiki Şirvan), Ağdam və Ağcabədi rayonlarına səfərləri, bu bölgələrin sosial-iqtisadi inkişafına həsr olunmuş çıxışları, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar verilib.
Dövlətimizin başçısının Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodunun açılış mərasimində iştirakı, “Telemexanika” zavodunda keçirdiyi görüş, Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimi, Bakının rayonlarında yeni yolötürücülərinin açılışı, habelə Əjdərbəy, Bibiheybət və Təzəpir məscidlərində yenidənqurma işləri ilə tanışlığı zamanı söylədiyi nitqləri də bu kitabda verilib. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinə müsahibəsi, bəyanatı, müxtəlif məktubları yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 28-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

     

 

 




Baxış sayı: 1 999
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30