FACT-INFO.AZ » AKTUAL » Kazuyasu İşida: Mən Qarabağda ermənilərin insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldum
7-03-2022, 09:05 | AKTUAL
Kazuyasu İşida: Mən Qarabağda ermənilərin insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldum

Bu sözləri yaponiyalı tanınmış yutuber Kazuyasu İşida Azərbaycanın “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olarkən deyib. Həmin müsahibənin K.İşidaya məxsus “Cross Border Club 3.0” yutub kanalında martın 6-da yayılan təkrar videosuna bir gündə 4 minə yaxın izləyici baxıb.

Proqramda aparıcının suallarını cavablandıran K.İşida Azərbaycana marağının Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin reallaşmasından sonra başladığını qeyd edib. Bundan əlavə, o, son 14 ildə dəfələrlə Bakıya gəldiyini, hər gəlişində də Azərbaycan qədim və zəngin mədəniyyəti, qonaqpərvər insanları, füsunkar təbiəti və əsrarəngiz mətbəxi ilə onu özünə heyran etdiyini bildirib. Bu dəfə Bakıya gəlişinin Yaponiyadakı Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə reallaşdığını bildirən yutuber səfərin təşkilinə və Qarabağda real vəziyyətlə tanışlıq imkanı yaratdığına görə Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinə minnətdarlığını çatdırıb. Vurğulayıb ki, bu səfər Azərbaycan, xüsusən Qarabağ həqiqətlərinin yapon ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayacaq.

Azərbaycanın multikultural və tolerant cəmiyyətinin onda böyük etimad doğurduğunu qeyd edən K.İşida ilk dəfə səfər etdiyi Qarabağın onu öz gözəllikləri ilə heyran etdiyini, bu bölgənin insanlarının səmimiliyinin onu təəccübləndirdiyini bildirib: “Səfər zamanı keçmiş Sovet İttifaqının dağılmasından sonra Qarabağda baş vermiş prosesləri, ermənilər tərəfindən törədilmiş vandallığı öz gözlərimlə gördüm. Həmin faciənin qalıqları, baş vermiş dağıntılar mənim qəlbini ağrıtdı. Bu, bütün insanlığa qarşı yönələn, insan adına layiq olmayan hərəkətlər kimi mənə çox pis təsir göstərdi”.

Bakıya gəlməzdən əvvəl azərbaycanlı diaspor fəalları ilə ona məxsus kanalında Xocalı soyqırımının 30 illiyi ilə bağlı xüsusi veriliş yayımlandığını xatırladan yapon yutuber Qarabağa səfəri zamanı həmin şəhərdən olan bir qadınla söhbət etdiyini bildirib. Bu qadının faciə haqqında dediklərinin onu kövrəltdiyini, göz yaşlarını saxlaya bilmədiyini qeyd edib.

Səfər zamanı viran qoyulmuş yaşayış məntəqələri ilə yanaşı, Azərbaycan hökumətinin ərazidə başladığı nəhəng bərpa və yenidənqurma işlərinin şahidi olduqlarını qeyd edən K.İşida həmin layihələr nəticəsində regionun tezliklə bərpa olunacağına inandığını bildirib. Fizuli Beynəlxalq Hava Limanını nümunə kimi qeyd edərək, əminliklə bildirib ki, böyük kənd təsərrüfatı və turizm potensialına malik olan Azərbaycan həmin yerləri ən müasir səviyyədə yenidən dirçəldəcək. Cənubi Qafqazın lideri olan Azərbaycan həm yerli, həm də xarici investorları cəlb etməklə buradakı quruculuq işlərini sürətlə həyata keçirəcəyinə inandığını vurğulayan K.İşida həmin infrastruktur layihələrinin icrasının ərazidə müasir inkişafı təmin etməklə yanaşı, buraya çoxsaylı turistlərin axınına səbəb olacağını da bildirib.

Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 75 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.




Baxış sayı: 736
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30