FACT-INFO.AZ » AKTUAL » Arye Qut: Multikulturalizm, dini dözümlülük Azərbaycanın ən böyük milli sərvətidir
13-06-2016, 09:40 | AKTUAL
Arye Qut: Multikulturalizm, dini dözümlülük Azərbaycanın ən böyük milli sərvətidir

Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Dini dözümlülük və multikultural mühit bu əsrarəngiz diyarda hər zaman mövcud olub. Bu, Azərbaycanın ən böyük sərvətidir.

Bu fikirləri İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut AZƏRTAC-a müsahibəsində bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətini qeyd edən Arye Qut vurğulayıb ki, aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun məhz Azərbaycanda keçirilməsini Odlar Yurdunun beynəlxalq miqyasda geosiyasi uğuru kimi qiymətləndirmək olar.

Tanınmış ekspert qeyd edib ki, Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanı bir milyon qaçqın, məcburi köçkün problemi ilə üz-üzə qoydular. Ermənilər tərəfindən dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, bütün xalqların dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 25 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir.

Vurğulanıb ki, İsrail Dövləti Azərbaycanda yəhudilərə göstərilən tolerant münasibəti yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət və əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər mövcuddur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır. Qafqazda yalnız Azərbaycanda “İvrit dilinin tədris mərkəzi” adlı tədris ocağı tikilib. Bu, onu göstərir ki, multikulturalizm Azərbaycanda sözdə deyil, əməldədir. Quba rayonunda yerləşən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amil də 1918-1919-cu illərin faciəli hadisələridir. O vaxt Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutub.

Ötən həftə Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etdiyini söyləyən Arye Qut qurultayın uğurla keçdiyini söyləyib. O, Prezident İlham Əliyevin qurultayın açılış mərasimindəki proqram xarakterli nitqində Azərbaycan diasporu qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb. “Prezident haqlı olaraq qeyd etdi ki, xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olmalı və Azərbaycanı ləyaqətlə təmsil etməlidirlər. Dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Azərbaycanlıların müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmaları istiqamətində iş aparılmalıdır”, - deyə israilli ekspert qeyd edib.

Azərbaycan həqiqətlərini daim dünyaya çatdıran ekspert müsahibəsində gələcək planlarından da danışıb: “Bu ilin sentyabrında Akko şəhərində biz “Azərbaycan evi”ni açmağa hazırlaşırıq. “Azərbaycan evi”nin yerləşdiyi küçəyə İsrail-Azərbaycan dostluğunun əsl simvolu, Qarabağ döyüşlərində şəhid olmuş yəhudiəsilli Azərbaycan oğlu Albert Aqarunovun adının verilməsi nəzərdə tutulur. Bu işdə Azərbaycanın dağ yəhudisi diasporunun rəhbəri Şirin Mexamye Mikayılın və Akko şəhərinin meri Şimon Lankın köməyi xüsusi qeyd edilməlidir.

Akko sakinlərinin 15 faizə yaxını Azərbaycan əsilli yəhudilərdir və onların hər biri Albert kimi doğulduqları vətən üçün canlarından keçməyə hazırdır. Onlar Azərbaycan dilini unutmurlar, evdə özləri də, uşaqları da Azərbaycan dilində danışırlar. Akkoda küçədə gedərkən Azərbaycan dilində danışıqları eşidəndə elə bilirsən ki, Bakıda və ya Azərbaycanın hər hansı bir regionundasan.

İsraildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi olan Arye Qut Xocalı həqiqətlərinin yayılması ilə bağlı xeyli iş gördüklərini, bu istiqamətdə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 836
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30