FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər
24-01-2022, 08:10 | TƏDQİQATLAR-ANALITIKA
Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər

Azərbaycan Prezidenti İlham Əliyev də bu hadisə ilə bağlı çox prinsipial, qətiyyətli və sərt mövqeyini ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Valeri Pekresin bu cəhdi təxribatçı addımdır, qarşıdan gələn prezident seçkilərində erməni seçicilərin səslərini qazanmaq məqsədi güdür, birbaşa Fransa Prezidenti Emmanuel Makrona qarşı yönəlib. Azərbaycan Prezidentinin bu mövqeyi nəticəsində Valeri Pekres növbəti dəfə sayıqlayıb. Bununla da o, əslində, özü-özünü ifşa edib. O bildirib ki, bu səfəri etməkdə məqsədi Şərq ölkələrindəki xristianları qorumaqdır. Onların fəaliyyətinin mərkəzini Şərq dünyasının xristian əhalisini qorumaq təşkil edir. Bu kontekstdə ermənilərə xüsusi münasibət var, açıq-aşkar ermənipərəst siyasət növbəti dəfə ortalığa qoyulur.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, bu hadisə Azərbaycanda da ictimaiyyət arasında çox ciddi və sərt reaksiyaya səbəb olub. Yanvar ayının 18-də Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidenti Emmanuel Makrona açıq məktubla müraciət ediblər. Həmin məktubda Valeri Pekresin Xankəndiyə səfəri məsuliyyətsiz addım kimi qiymətləndirilir və bu hərəkət kəskin şəkildə pislənilir. Eyni zamanda, Fransa Prezidentindən belə qeyri-qanuni səfərlərin qarşısının alması üçün ciddi tədbirlər görməsinin vacibliyinə çağırış edilir. Valeri Pekresin bu qeyri-qanuni hərəkəti Fransanın özündə də birmənalı qarşılanmayıb. Belə ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bununla bağlı bəyanat imzalayıb. Bəyanatda Pekresin Azərbaycanın Qarabağ bölgəsinə səfəri təxribatçı addım kimi qiymətləndirilir. Eyni zamanda vurğulanır ki, Azərbaycanda xristian əhali sülh və əmin-amanlıq şəraitində yaşayır. Roma Papasının Azərbaycana səfərləri də bu həqiqəti bir daha təsdiqləyir. Belə addımlar regionda sülh və əmin-amanlığa xidmət etmir. Əksinə, regionda qarşıdurma mühitinin formalaşmasına gətirib çıxarır.

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian yanvarın 18-də ölkənin Milli Assambleyasında məsuliyyətsiz açıqlama verib. Prezident İlham Əliyevin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı söylədiyi fikirlərə forma və mahiyyət etibari ilə qəbuledilməz fikir kimi qiymət verib. Bu, bir daha onu təsdiqləyir ki, bu gün Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər. Bütün addımlar, ilk növbədə, ona yönəlib ki, qarşıdan gələn prezident seçkilərində erməni seçicilərinin səslərini qazansınlar. Bu səsləri qazanmaq naminə hətta Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsinə qədər istənilən addımı atmağa hazırdırlar. Prezidentliyə namizəd Valeri Pekresin qeyri-qanuni səfəri və səsləndirdiyi cəfəng fikirlər, eyni zamanda, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın absurd yanaşmaları, əslində, dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün ümumi ruhuna ziddiyyət təşkil edir. Həmçinin Fransanın postmüharibə dövrünün reallıqları fonunda davranışıma ziddir, regionda sülhə təhdid kimi qiymətləndirilə bilər”, - deyə Milli Məclisin deputatı qeyd edib.




Baxış sayı: 667
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30