Bunu AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə bildirib.
O qeyd edib ki, qurultayın açılışında Azərbaycan Prezidenti İlham Əliyev diasporun fəaliyyəti ilə bağlı çox mühüm məsələlərə toxunub, mövcud vəziyyəti təhlil etməklə əsas problemlərin həll yollarını təklif edib.
Nizami Məmmədzadə əlavə edib: “Son hərbi toqquşmalarda ordumuz işğal olunmuş ərazilərin müəyyən hissəsini azad edə bildi. Bu, xalqımızın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamını gücləndirdi, Azərbaycan rəhbərliyinin doğru yol seçdiyini bir daha təsdiqlədi. Odur ki, münaqişə zonasında vəziyyət haqqında həqiqəti əks etdirən məlumatların yayılmasına dair intensiv işə ehtiyac xeyli artıb. Bu yöndəki fəaliyyətdə Azərbaycan diaspor təşkilatlarına mühüm rol ayrılır”.
“Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunduğuna görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən diaspor üzvü deyib: “Hər bir jurnalist Vətəninə sadiq olmalıdır. Bu cür mükafatlar Azərbaycanın dünyada təbliği naminə daha böyük səylər göstərmək öhdəliyi yaradır. Biz, Gürcüstanda yaşayan və işləyən azərbaycanlı jurnalistlər Azərbaycanın müasir tarixinin yazılışında birbaşa iştirak etmək istəyirik. Gürcü həmkarlarımızla sıx əməkdaşlıq edir, bu ölkənin KİV-lərində Azərbaycan həqiqətlərini geniş təbliğ edirik”.
Baxış sayı: 1 719
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

