FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir
15-11-2021, 07:20 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir

Qeyd etmək lazımdır ki, Razdan Madoyanın əvvəllər də təxribat xarakterli çıxışları olmuşdur. Buna misal olaraq, o, hələ 2 2006-cı ilin martın 14-də verdiyi müsahibəsi zamanı bildirmişdir ki, guya Samtsxe-Cavaxeti rayonu heç vaxt Gürcüstana məxsus olmamışdır.

Əslində hər kəsə məlumdur ki, erməni siyasətçiləri və politoloqları vaxtaşırı olaraq internetdə həqiqəti əks etdirməyən yalan məlumatlar yayırlar. Onlar həmin dezinformasiyaları Ermənistanın KİV-lərində dəfələrlə dərc edərək cəmiyyəti, həmçinin erməni xalqını məqsədyönlü şəkildə aldadırlar. Lakin yalanın ömrü uzun olmur və həqiqət hər zaman işıq üzünü görür. Sirr deyil ki, erməni millətçiləri günü bu gün də Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda separatçılığı qəsdən alovlandırır, öz çirkin niyyətlərindən ötrü nəinki Gürcüstanda, dünyanın müxtəlif yerlərində məqsədyönlü şəkildə təxribatlar törədirlər. Erməni siyasətçiləri özlərini “Böyük Ermənistan” mifinə inandıraraq, həqiqəti heç cür qəbul edə bilmirlər. Həqiqət isə ondan ibarətdir ki, “Böyük Ermənistan” heç vaxt mövcud olmamış, Samtsxe-Cavaxeti isə hər zaman Gürcüstana məxsus olmuşdur. Ermənilərin növbəti uydurma adlarından biri olan “Cavaxk” anlayışı da əslində mövcud deyildir. Bu baxımdan gürcü müəllifi 3 Kukuri Metreveli öz məqaləsində haqlı olaraq yazır:

“Cavaxk” və “cavaxklılar” təbiətdə mövcud olmamışlar. Erməni təxribatçılarının Cavaxetini təhrif etmək üçün uydurduqları “Cavaxk” heç bir halda iki qonşu xalqın tarixən Gürcüstanın Cavaxeti torpağında sülh şəraitində yaşamasına töhfə verməyən saxta ifadələrdir. Cavaxeti tarixinin təhrif edilməsi, separatçı düşüncəsində olan kiçik erməni qruplarının təxribat xarakterli hücumları, “Böyük Ermənistan” planına uyğun həyata keçirilə bilər.

Erməni “alimləri” ildən-ilə saxta əsərlər yazaraq və bir-birlərinə istinad edərək, reallıqda mövcud olmayan “Cavaxk” anlayışını cəmiyyətə sırımağa çalışırlar ki, burada da onların əsas məqsədi Samtsxe-Cavaxeti rayonunu mənimsəməkdən, başqa sözlə desək erməniləşdirməkdən ibarətdir. Misal olaraq, belə erməni müəlliflərindən biri olan A.Erikyan öz əsərində Cavaxetini “Cavaxk” kimi qələmə verir 4, s.134.

Qeyd etmək lazımdır ki, 1992-ci ildə İrəvanda “Erməni memarlığını öyrənən cəmiyyət”, erməni, ingilis və rus dillərində “Axalkalaki” adlı buklet dərc etdirdi ki, bu nəşr əslində gürcülərə qarşı bir psixoloji təsir mexanizmi idi. Buklet – gürcü əhalisini, Gürcüstan ərazilərinin guya “Böyük Ermənistan” olduğuna inandırmaqdan ötrü hazırlanmışdı. Bukletdə qeyd olunur ki, guya Axalkalaki XI əsrdə yarandığı gündən erməni şəhəri olmuş və guya indi də belədir. Guya ki, orta əsrlər ərzində “erməni əyaləti”nin mərkəzi “Cavaxk” – Qavari olmuşdur 4, s.138. Həmin bukletin mətnində isə nə Gürcüstanın, nə də gürcülərin adı çəkilmir. Guya ki Gürcüstanda hər şey ermənilərə məxsus olmuşdur.

Xaçatryan 1971-ci ildə İrəvanda “Cavaxkın erməni milli rəqsləri” mövuzusunda dissertasiya müdafiə etmişdir ki, həmin dissertasiya işində o Cavaxetinin açıq-aşkar guya qədim erməni etnoqrafik rayonu olduğunu qeyd edir. Xaçatryanın işində də həmçinin, nə Gürcüstanın, nə də gürcülərin adlarına rast gəlinmir 4, s.139.

Qeyd etmək lazımdır ki, Qafqazda potensial münaqişə ocağı olan Samtsxe-Cavaxeti problemi təkcə Gürcüstan üçün deyil, ümumilikdə Qafqazda sülhün və sabitliyin davamlılığı, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur 5, s.52.

Ermənistan daima qonşu olduğu ölkələrə qarşı işğalçılıq siyasəti yürütmüş, həmin ölkələrin ərazilərini, tarixi-mədəni abidələrini və zəngin təbii sərvətlərini mənimsəmişdir. Ermənilər əslində özləri oğurluğa can atdıqları halda, öz günahlarını qəsdən gürcülərin üstünə atırlar. Bu məqamda onu xatırlatmaq istəyirik ki, Gürcüstanın Lori vilayətini işğal edən də məhz təcavüzkar Ermənistan idi. Tarixə nəzər saldıqda bizə məlum olur ki, 1918-1920-ci illərdə Gürcüstanla Ermənistan arasında müharibə baş vermişdi. Məhz 1918-ci ildə Ermənistan Lori vilayətini işğal etmək məqsədilə Gürcüstana qarşı hərbi əməliyyatlara başlamışdı. 1920-ci ildə Stalinin köməyi ilə 6 Lori vilayəti Ermənistana verilmişdi. Ermənilər həmin vaxt nəinki Lorini, həmçinin, Axalkalaki və Axalsixe rayonlarını da ələ keçirməyə can atırdılar.

Heç təsadüfi deyildir ki, Axalkalakidə antigürcü xarakterli 4, s.163 bir çox erməni təşkilatları mövcud olmuşdur: “Cavaxk”, “Zartunk”, “Arşalus”, “Soyuz” və s. Günü bu gün də məhz erməni təşkilatları Gürcüstanda müxtəlif xarakterli təxribat aksiyalarını həyata keçirir, məqsədyönlü şəkildə separatçılığı qızışdırırlar. Onu da qeyd etmək lazımdır ki, erməni millətçiləri çox vaxt öz məkrli niyyətlərini təşkilatlarla yanaşı, xeyriyyə cəmiyyətlərinin adı altında da həyata keçirirlər. Buna sübut olaraq, Axalixe rayonunda Şarl Aznavur adı altında fəaliyyət göstərmiş “erməni xeyriyyə cəmiyyəti”ni qeyd etmək olar.

Ədəbiyyat siyahısı:

1. Теперь Грузия грабит Армению? /08.10.2021/ https://vk.com/video-161004929_456239165

2. Раздан Мадоян: «Джавахк никогда не был в составе независимой Грузии» /14.03.2006/ https://news.day.az/armenia/43882.html

3. Кукули Метревели. Джавахети /Baxılıb: 20.10.2021/ https://dzeglebi.ge/rus/statiebi/istoria/djavaxeti.html

4. Шота Тетвадзе, Отар Тетвадзе. Армяне в Грузии (с древних времён до сегодняшнего дня). Тбилиси. 2008. 270 c.

5. Vahid Ömərov, Elnur Kəlbizadə, Samirə Həbibbəyli, Naziyə Məmmədova, Kamal Salayev. Gürcüstan: inzibati-ərazi quruluşu, idarəçiliyi və demoqrafiyası. Bakı: MTM Innovation MMC. 2019, - 320 s.

6. Kamal Salayev. Ermənilərin Gürcüstana qarşı işğalçılıq siyasəti davam edir /10.09.2020/ https://aqreqator.az/az/siyaset/997544

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi




Baxış sayı: 758
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30