FACT-INFO.AZ » AKTUAL » Jalə Əhmədova: Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür
12-11-2021, 10:45 | AKTUAL
Jalə Əhmədova: Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür

Ona görə də bu Qələbə ümumxalq birliyinin təntənəsi, xalqımızın qürur mənbəyidir. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının birliyinin şahidi oldu. Azərbaycan Ordusunun Zəfər yürüşü uzun illər dəyişməz qalan status-kvonu dəyişdi. Nəticədə üçtərəfli Bəyanat imzalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat vurğulayıb ki, döyüş meydanında qazanılmış qələbələri siyasi müstəvidə də qələbənin qazanılması tamamladı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. İmzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişib və itirilmiş ərazilərini geri qaytarıb.

Azərbaycanın əldə etdiyi Qələbənin və apardığı hərbi əməliyyatların hazırda dünyanın bir çox ölkələri tərəfindən öyrənildiyini qeyd edən Jalə Əhmədova deyib: “Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimiz Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Vətən müharibəsində Qələbəmizdən danışarkən Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusi qeyd etmək lazımdır. Çünki Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinin qarşısını aldı. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması isə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Çünki bu Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinə təminat verir. Üçtərəfli Bəyanatda əksini tapmış mühüm məqamlardan biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq etməsidir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir və bu, tarixi hadisə olacaqdır”.

Razılaşmaya əsasən, tezliklə azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacaqlarına diqqət çəkən deputat deyib: “Ən önəmli məsələ isə budur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla rəsmiləşən şanlı Qələbəmiz azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın qürurunu, inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və bir qarış torpağını belə, heç kəsə güzəştə getməyəcək.




Baxış sayı: 732
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30