FACT-INFO.AZ » AKTUAL » Azərbaycan tranzit daşıma şirkətləri üçün etibarlı tərəfdaşa çevirilir
27-05-2016, 10:25 | AKTUAL
Azərbaycan tranzit daşıma şirkətləri üçün etibarlı tərəfdaşa çevirilir

Fact-info.az  Modern.az saytına istinadən  xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı hər iki qanunun iqtisadi əhəmiyyətini şərh edib.  

Dəyişikliklərə əsasən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və əksinə iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır. Bu nə deməkdir? Əgər yük Azərbaycandakı son dəmiryolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmiryolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək.  Məsələn, İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır.

Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsaında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmiryolu ilə daşıma xərcləri ilə müqayisə oluna biləcək bir həddə yaxınlaşmışdı. 

Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaqdır. Bu isə Azərbaycan Dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımaçılıqla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməklə məmnun qalacaqlar.  

Yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır. Çünkü "Astara (Azərbaycan) - Astara (İran) dəmiryolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmiryolu əlaqəsi də tam təmin ediləcəkdir. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda qeyd edilən daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi Azərbaycanı tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin güzəşt edilməsi nəticəsində dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir olacağı halda, yükdaşımaların artması daha böyük perspektivlər vəd edir.  

Qeyd edilməldir ki, dəyişikliklər həm də Naxçıvan ərazisində də əhəmiyyət daşıya bilər. Naxçıvanla Türkiyə arasında dəmiryolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad oluna bilər.   Dəşişikliklərə əsasən yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və uyğun qaydada dəmiryolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək.  




Baxış sayı: 2 352
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30