FACT-INFO.AZ » AKTUAL » Biz hərtərəfli müstəqil siyasət yürüdürük
20-05-2016, 09:15 | AKTUAL
Biz hərtərəfli müstəqil siyasət yürüdürük

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın İsveçrənin gündəlik “Blick” qəzetində müsahibəsi dərc olunub. Bahar Muradova Azərbaycan-İsveçrə əlaqələri, ölkəmizlə bağlı həqiqətlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualları cavablandırıb.

Fact-info.az  AZƏRTAC-a istinadən   müsahibəni təqdim edir.

-Xanım Muradova, siz bu yaxınlarda danışıqlar aparmaq üçün İsveçrəyə gəldiniz. Bu səfər nə ilə bağlı idi?

-Mənim İsveçrəyə səfərim zamanı İsveçrə ilə Azərbaycan arasında əməkdaşlığın strateji tərəfdaşlıq münasibətlərinə yüksəlməsi üçün yollar müzakirə olundu. Xüsusilə ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr çox sıxdır. Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir, buna müqabil, bizim enerji şirkətimiz SOCAR da İsveçrədə fəaliyyət göstərir.

-Əlaqələr necə gücləndirilə bilər?

-Parlamentarilər olaraq biz əsasən parlamentlərarası, xüsusilə də dostluq qrupları arasındakı əlaqələrin intensivləşdirilməsi barədə danışdıq. ATƏT Parlament Assambleyasında bizi narahat edən məsələlərdə mövqelərimizin yaxınlaşdırılması, eləcə də mövcud münaqişələrin həlli ilə bağlı beynəlxalq hüququn müdafiəsi istiqamətində ümumi beynəlxalq platformanın yaradılmasına necə töhfə verə biləcəyimiz barədə müzakirələr apardıq. Amma müzakirələrimizin əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Mən həmsöhbətlərimi bu barədə məlumatlandırdım.

-Yeri gəlmişkən, orada vəziyyət necədir?

-Çox ciddi. Aprelin əvvəlində 1994-cü ildən bəri mövcud olan atəşkəsdən sonra ən ağır toqquşmalar baş verdi. Hər iki tərəfdən itkilər oldu. Baxmayaraq ki yenidən atəşkəs əldə edildi, Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə qədəm qoydu.

-Necə?

-Azərbaycan Ermənistanın təxribatlarını artıq qəbul edə bilməz, xüsusilə mülki əhali arasında qurbanlar səbəbindən. Bizim hökumətimizin vəzifəsidir ki, öz vətəndaşlarını qorusun. Biz bunu etdik, həm də müvəffəqiyyətlə etdik. Biz ermənilərin xəttini qırdıq və strateji yüksəklikləri geri aldıq, eləcə də kiçik yaşayış məntəqələrini azad etdik.

-Azad etmək? Dağlıq Qarabağda əsasən ermənilər yaşayır.

-Cəbhə xətti tamamilə Azərbaycan ərazisindədir. Azad olunan ərazilər inzibati cəhətdən heç vaxt Dağlıq Qarabağın tərkibinə də daxil olmayıb. Beynəlxalq ictimaiyyət Azərbaycan ərazisinin bir hissəsinin 23 ildən artıq bir müddətdə işğal olunduğunu qəbul edir.

-Bu, necə davam edəcək?

-Əgər vasitəçilər Ermənistanı beynəlxalq hüquqa riayət etməyə inandıra bilməsələr, biz də təxribatların qarşısını almaq üçün bütün mümkün vasitələrə müraciət etməli olacağıq. Bizim silahlı qüvvələrimizin müvəffəqiyyətləri işğal edilmiş bütün ərazilərimizin azad olunması ilə bağlı hökumətimizə daxili təzyiqləri gücləndirdi.

-Bununla necə qarşılaşmaq istərdiniz?

-Biz atəşkəs rejiminə hörmətlə yanaşırıq və müharibəni bitirmək istəyirik. Amma vəziyyət olduqca həssasdır. Atəşkəs nə qədər sürəcək, bu barədə heç kəs bilmir. Beynəlxalq ictimaiyyət bu məqamdan istifadə etməli və qarşı tərəfi konstruktiv dialoqa inandırmalıdır. Əgər Ermənistan tərəfi revanş almaq və azad etdiyimiz əraziləri yenidən öz nəzarətinə götürmək istəyərsə, biz buna səbirlə yanaşa bilmərik. Bu, yenidən müharibənin alovlanmasına səbəb ola bilər.

-Sizin həmsöhbətləriniz konkret olaraq Bernin vasitəçiliyini təklif etdilərmi?

-Səfər zamanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və ATƏT Parlament Assambleyasında İsveçrə nümayəndə heyətinin rəhbəri Filippo Lombardi ATƏT PA-dakı Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərini təşkil etmək təklifi ilə çıxış etdi. Biz bu təklifi şərtsiz olaraq dəstəkləyirik. Eyni zamanda, təcrübəmə əsasən sizi əmin edə bilərəm ki, Ermənistanın buna heç bir marağı yoxdur.

-Siz İsveçrə ilə münasibətləri çox yüksək qiymətləndirirsiniz. Lakin müxalifətçi Emin Hüseynovun İsveçrənin Bakıdakı səfirliyindən sığınacaq istəməsi və onu xarici işlər naziri Didye Burkhalterin sonda hətta ölkədən çıxarması bu münasibətlərə kölgə salmadımı?

-Xeyr. Sağlam təməl üzərində qurulmuş münasibətlər tək bir halla zəifləyə bilməz. Məsuliyyətdən qaçmaq üçün hər kəs özünə müxtəlif yollar seçə bilər. E.Hüseynovun da seçdiyi yol bu idi. Azərbaycan və İsveçrə bu məsələni çox təmkinlə və müdrikcəsinə həll etdilər. Bizim cəmiyyətlərin özlərinin inkişaf templəri var. Biz bir-birimizdən nəsə öyrənə bilərik.

-İsveçrə Azərbaycandan nəyi öyrənə bilər?

-İsveçrənin çox maraqlı tarixi var. Azərbaycanın da həmçinin. Biz müsəlman aləmində ilk demokratik dövlətik. Artıq 1918-ci ildən etibarən, yəni İsveçrədən xeyli əvvəl Azərbaycan qadını seçki hüququna yiyələnmişdi. Biz demokratiya və tolerantlığı digər ölkələrdən öyrənmirik, bu, bizim öz ənənəmizdir.

-Bununla belə, fərqli fikirlərə qarşı tolerantlıq məhdud görünür. Tənqidçilər Azərbaycanda demokratiyada çatışmazlığın olduğunu deyirlər.

-Azərbaycan qısa müddətdir ki, müstəqilliyini bərpa etmiş və dərhal da müharibəyə cəlb olunmuş bir ölkədir. Biz hərtərəfli müstəqil siyasət yürüdürük. Bu heç də həmişə hamını razı salmır. Bizdə həqiqi demokratiyanın, fikir azadlığının olmaması kimi tənqidi yanaşmalara bu prizmadan baxmaq lazımdır. Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamaq üçün ermənilərlə azərbaycanlıların birgə yaşayışının mümkün olmadığını iddia edir. Erməni diasporu da əleyhimizə kampaniyalar aparır. Bizi tənqid etməzdən öncə Azərbaycana gəlmək və yerindəcə təsəvvürə sahib olmaq lazımdır.

-Bunu doğru anladım ki, Azərbaycan haqqında edilən hər bir tənqidin arxasında erməni iftirası dayanır və Emin Hüseynov kimi müxalifətçilər Ermənistan agentləridir?

-Hamı Ermənistanın maraqlarına xidmət etmir. Məsələ ondan ibarətdir ki, o və onun kimi digərləri bəzi hallarda iqtisadi və digər hüquq pozuntularına görə məsuliyyətdən yayınmaq üçün müxtəlif yollardan istifadə edirlər. Beləliklə, adi cinayətlər siyasiləşdirilir ki, onların Azərbaycanda yaşamağının qeyri-mümkünlüyünə inandıra bilsinlər. Hər xırda məqam Azərbaycana qarşı hücum üçün istifadə edilir. Biz mükəmməl olduğumuzu iddia etmək fikrindən uzağıq. Əgər bizim demokratiya yolunda zəif cəhətlərimiz varsa, bizə buna işarə edəcək dostlarımız lazımdır. Lakin dostlar mövcud çatışmazlıqları və boş iftiralari bir-birindən ayırmalıdırlar.

 

 




Baxış sayı: 2 022
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031