FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan regionu xaosa sürükləyir
14-05-2016, 11:50 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan regionu xaosa sürükləyir

Görünən odur ki, Ermənistanın rəhbərliyinin şantaj və böhtandan başqa bir şeyə gücü çatmır. 
İndi Serj Sarkisyan danışıqlara başlamaq üçün hansısa üç mifik "şərt"dən bəhs edir.
Guya əsas günahkar Azərbaycandır və münaqişənin həll edilməsi üçün ona qarşı addımlar atılmalıdır. Belə ki, qoşunların təmas xəttində baş verən toqquşmaların səbəbləri araşdırılmalı və konkret monitorinq mexanizmi işlənməlidir. 
Eyni zamanda, Azərbaycana xəbərdarlıq edilməlidir ki, ermənilərə təcavüz etməsin (?!) və heç zaman silah işlətməsin. S.Sarkisyanın məntiqdən və vicdandan kasad adam olduğu məlum idi, ancaq bu cəfəngiyatla o sübut etdi ki, heç elementar səviyyədə belə siyasətçi deyil. Reallıqda S.Sarkisyan öz ağalarının əmrlərini onların mahiyyətini anlamadan yerinə yetirən funksionerdir. Lakin bu cür mövqe nə ermənilərə fayda verər, nə də regionda sabitliyə yardımçı olar. Dünya ictimaiyyəti bu absurd və həmin səbəbdən təhlükəli olan məqam üzərində ciddi düşünməlidir.
Acı etiraf: "O torpaqlar bizim deyil və onlara haqqımız yoxdur"
Azərbaycanın aprelin əvvəllərində həyata keçirdiyi dörd günlük hərbi əməliyyatların tarixi bir hadisə olduğu getdikcə daha aydın görünür. Ermənistan və onun havadarları aldıqları zərbədən elə pis vəziyyətə düşüblər ki, hələ də rasional bir mövqe tapa bilmirlər. Rəsmi İrəvan gündə bir mifik bəyanatla çıxış edir. Bir gün əvvəl dediyini təkzib edir və əvəzində daha absurd şərtlərdən danışır. Son olaraq erməni KİV-i S.Sarkisyanın bədnam üç şərti barədə informasiyalar yayıb.
Əvvəlcə onu deyək ki, real olaraq rəsmi İrəvan vahid mövqe müəyyənləşdirə bilməyib və cəmiyyətə ziddiyyətli məlumatlar verir. Onların sırasında aprelin 26-da Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın "hüquqları olmayan torpaqları" zəbt etdiklərini dolayısı ilə etiraf etməsi olub. Onun fikirlərində Ermənistan hakimiyyətinin "Dağlıq Qarabağın ətrafındakı beş rayona iddia etmədiyi" yer alıb. Bundan əlavə, o deyib ki, "dünya Arsaxı tanıyan kimi, biz həmin torpaqları və yaxud hüququmuz olmayan əraziləri qaytaracağıq, biz bu torpaqları istəmirik – o yalnız bizim üçün bufer zonadır..." (bax: Нана Мартиросян. "Национальное возрождение": Заявления Эрмине Нагдалян – нож в спину арцахскому солдату / "Arminfo", 27 aprel 2016).

Ermənilərin ultramilliyyətçiliklə xəstələnmiş şüurları E.Naqdalyanın bu yarımçıq etiraflarını "arxadan vurulan zərbə" kimi qiymətləndirib. Guya Azərbaycan torpaqlarını erməni əsgəri öz gücünə işğal edib və indi də onu "qəhrəmancasına qoruyur". Erməni əsgərinin kimliyini apreldə əsir düşənlərin yalvarışları zamanı bir daha gördük. Bundan başqa, E.Naqdalyan qismən də olsa reallığı deyir – Ermənistan ordusu havadarlarının ciddi dəstəyi ilə Azərbaycanın əzəli torpaqlarının bir hissəsini zəbt edib və təbii ki, o torpaqlara ermənilərin haqqı yoxdur. Hamının bildiyi, ancaq ədalətli insanların dilə gətirdiyi bir həqiqəti erməni deputatın söyləməsi vəhşi əks-reaksiya doğurursa, bu, Ermənistan cəmiyyətinin ciddi psixoloji problemlərinin olmasından başqa bir şeyi ifadə etmir.
S.Sarkisyanın üç bədnam şərti də bu fikri əyani təsdiq edir. Ermənistanın terrorçu dövlət başçısı partiyasının iclasında deyib ki, danışıqların bərpa olunması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: "İnsidentlərin təhqiqi üzrə mexanizmlərin tətbiq edilməsi, ünvanlı bəyanatların verilməsi və Azərbaycanın yeni aqressiyalara getməyəcəyi ilə bağlı təminatların verilməsi" (bax: 3 условия Сержа Саркисяна / "Lragir.am", 28 aprel 2016).
Öncə deyək ki, burada yeni heç bir fikir yoxdur. Sadəcə, erməni lider özünəməxsus absurd məntiqlə onlara əmr verənlərin sözlərini qısa ifadə etməyə çalışıb.
Cəfəng iddialar: Sarkisyan regiona yeni təhlükələr yaradır
Belə ki, cəbhə xəttində insidentlər dedikdə, ilk növbədə, erməni təxribatları nəzərdə tutulmalıdır. Atəşkəsi daim pozan da onlardır. Son zamanlar isə bu istiqamətdə daha intensiv davranaraq ümumilikdə xaos görüntüsü yaratmağa çalışırlar ki, arxalandıqları qüvvələr sərhəddə müəyyən müşahidə cihazları qoyub bütövlükdə hərbi əməliyyatları dayandırsınlar. Bunda da əsas məqsəd Azərbaycanın öz torpaqlarını azad etməsi prosesinin qarşısını kəsməkdir. Görünür, ermənilərə təminat veriblər ki, müharibə olmasa, işğal etdikləri torpaqlarda qala biləcəklər. Bunun üçün havadarları bütün "beynəlxalq hüquq normalarından" istifadə edəcəklər.
Məhz bu səbəbdən rəsmi İrəvan hərbi təxribatlar törətməklə kənar qüvvələrin köməyi ilə döyüş əməliyyatlarına tamamilə qadağa qoyulmasına çalışır və bu zaman qoşunlarını işğal ərazisindən çıxaracağı ilə bağlı öz üzərinə heç bir öhdəlik götürmür. Çünki əgər Ermənistan qeyd-şərtsiz hərbi qüvvələrini Dağlıq Qarabağdan və ətraf bölgələrdən çəksə, Azərbaycan sərhəddə minlərlə müşahidə cihazları qoyulmasına etiraz etməz. Lakin İrəvan nəinki bundan söhbət açır, hətta işğal etdiyi ərazinin bir qarışını belə "öz dədə torpağı" kimi "düşmənə" (yəni torpağın əsl sahibinə) qaytarmağı düşünmədiyini həyasızcasına ifadə edir.
Deməli, S.Sarkisyanın ifadəsində "insidentlərin təhqiqi" fikri reallığı deyil, qorxaq və həyasız ermənilərin növbəti fırıldaqlarını əks etdirir. Bu səbəbdən ciddi adamlar bunu şərt kimi qəbul edə bilməzlər. İkinci şərt kimi təqdim edilən "ünvanlı bəyanatlar" birinci "şərtdən" daha biabırçı və saxta məqsəd güdür.
Guya beynəlxalq təşkilatlar "aqressor" dedikdə, konkret bildirməlidirlər ki, söhbət Azərbaycandan gedir. Tarixdə heç zaman torpağı işğal olunan ölkəyə aqressor deyən siyasətçi-şantajist olmayıb. Azərbaycanın dünya tərəfindən tanınmış sərhədləri çərçivəsində terror üsulu ilə əraziləri zəbt edən, minlərlə dinc insanı qətlə yetirib, yüz minlərlə adamı yurd-yuvasından didərgin salan bir ölkəyə rəhbərlik edən nadan bu hadisələrin qurbanı olan dövləti aqressiyada ittiham etmək istəyir.
Konkret desək, Azərbaycan əsgəri Füzuli rayonu ərazisində yerləşən Lələ təpəni işğalçıdan azad edirsə, ona "aqressor" deyilməlidirmi?!. Dünyada heç kəs bunu edə bilməz. S.Sarkisyanın bunu bilməməsi təəccüblü deyil, çünki psixoloji durumu yerində olmayan adam adi həqiqətləri belə dərk edə bilmir.

Nəhayət, bədnam üçüncü şərt sarsılmış erməni rəhbərliyinin "ölüm simfoniyasını" və acizanə yalvarışlarını ifadə edir. S.Sarkisyan "timsah göz yaşları" ilə ağalarına yalvarır ki, Azərbaycanı bir daha zərbə vurmağa qoymayın! Guya rəsmi Bakı üzərinə öhdəlik götürməlidir ki, bundan sonra təcavüzkara qarşı silah işlətməyəcək. Ancaq aydın deyil – nəyə görə? Hansı səbəblərdən öz sırtıq davranışları ilə işğal olunmuş ərazilərdə dolaşan və Azərbaycanın halal torpaqlarından çıxmaq istəməyən düşmənə qarşı silah işlətməməliyik?
Əgər insan kimi anlayıb, danışıqlar vasitəsi ilə zəbt etdikləri bütün Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsələr, onlara heç kim güllə atmaz. Hərçənd, bu günə qədər törətdikləri hərbi cinayətlərə görə cavab verəcəklər. Başqa heç bir variant ədalətli deyil. Kimsə də Azərbaycandan bu kontekstdə hansısa güzəşt gözləməsin. Əsas olanı real təcavüzkarı adı ilə çağırıb, ondan başqa ölkənin ərazisindən çıxmasını tələb etməkdir.
Əslində, erməni cəmiyyətinin S.Sarkisyanın atdığı addımlara münasibəti də birmənalı deyil. Bir qisim onun fikirlərini dəstəkləyir, daha ayıq olanlar isə hakim klanın nə etmək istədiyini başa düşmədiklərini ifadə edirlər. Bu bağlılıqda bir sıra erməni eksperti yazır ki, çətin ki, Azərbaycan S.Sarkisyanın qoyduğu şərtləri qəbul etsin və onu Ermənistanın başçısı da anlayır (ancaq bunun məntiqlə başa düşmək olub-olmadığı məlum deyil) (bax: məs., Айказн Гагриян. Армения готовится / "Lragir.am", 29 aprel 2016).
Bəs onda erməni separatçı-lider həmin şərtləri nəyə görə ortaya atır? Əgər qəbul olunmayacağı əvvəlcədən bəlli olan şeylərdən danışılırsa, deməli, burada gizli məqamlar var. Onlar Ermənistanın mövcud status-kvonu saxlamaq üçün müxtəlif hiylələr ortaya atması ilə bağlıdır. Konkret olaraq, rəsmi İrəvan dünya ictimaiyyətini gəlişigözəl ibarələrlə çaşdırmaqla, qeyri-müəyyən vəziyyəti saxlamaq niyyətindədir. Bunun üçün isə ən yaxşı üsul münaqişəni faktiki olaraq dondurmaqdır. Bununla bağlı S.Sarkisyana havadarlarının məsləhət verdiyinə KİV-də gedən bir sıra informasiyalar dəlalət edir.
Deyilənlərdən Ermənistanın öz aqressiv və qeyri-konstruktiv mövqeyindən çəkilmədiyi aydın duyulur. Görünür, rəsmi İrəvana vəziyyəti gərginləşdirmək barədə növbəti göstəriş verilib. Regionda sülh və əməkdaşlığa çalışan qüvvələrə mane olmaq üçün yeni addımlar atılır. Bunlar müharibə ilə nəticələnə bilər. Hər bir halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək kursundan geri çəkilməyəcək. Bu, müharibə bahasına olsa belə. Azadlığı sevən millətlər şəhid verirlər. Təəssüf ki, dünyanın şər qüvvələri bəzən başqa çıxış yolu qoymurlar. Ancaq bir şey tam aydındır: ədalət tərəfdarı Azərbaycan qalib olacaq! Onun ilk əlamətləri artıq göz önündədir!
Newtimes.az




Baxış sayı: 2 243
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930