Şəhər meriyası tərəfindən təşkil olunan bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq dördüncü ildir fəal iştirak edir. Səfirlik həmin gün qapılarını Azərbaycan mədəniyyətinə maraq göstərən üç minədək amerikalının üzünə açıb.
Səfirliyin inzibati binasında qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə qazandığı uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritələr, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Eyni zamanda, səfirliyin əməkdaşları gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, xalqımızın qədim adət-ənənələri və qonaqpərvərliyi haqqında məlumat verib və onların suallarını cavablandırıb.
Bundan əlavə, Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs kompaniyasının ifasında - “Nəlbəki”, “Üzüm” və digər milli rəqslərimizin təqdim olunması da böyük maraq və alqışlarla qarşılanıb. Səfirliyi ziyarət edən uşaqlar üçün isə rəsm guşəsi təşkil edilib, qonaqların fotoşəkil çəkdirmələri üçün Qız qalasının maketi qurulub. Azərbaycan plovunun dadı isə amerikalı qonaqlarda xüsusi məmnunluq doğurub. (AZƏRTAC)
Baxış sayı: 2 012
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

