Britaniyada ali təhsil almış, bir müddət Azərbaycanda müəllim kimi işləmiş rumın sosioloq Teodora Pantu Dağlıq Qarabağda cəbhə xəttində baş verən son gərginliklərlə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. O deyib: “Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yenidən gərginlik yaranmasını eşidəndə sonra çox narahat oldum. Mənim Azərbaycan ilə mənəvi bağlarım güclüdür. Deyə bilərəm ki, bu ölkə mənim ikinci vətənim kimidir və mən Azərbaycanda baş verən hadisələri həmişə mətbuatdan izləyirəm.
Mən Azərbaycandakı tələbələrimlə daim əlaqə saxlayıram. Onlar 18, 19 yaşlarında olmalarına baxmayaraq, sosial şəbəkələrdə həmişə sülhlə bağlı çağırışlar edirlər. Mən indiyə qədər münaqişə istəyən bir azərbaycanlı görməmişəm.
Beynəlxalq mətbuatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyaları oxuyanda adama elə gəlir ki, bir oyundan bəhs edilir: Atəş açıldı, hər iki tərəf itki verdi və s. Halbuki, bu münaqişə hər an partlamağa hazır bomba kimi çox təhlükəlidir.
Beynəlxalq təşkilatlar hər dəfə eyni tərzdə açıqlamalar verirlər: Münaqişəni gərginləşdirməyin, atəşkəs rejiminə hörmət edin, biz insan tələfatı istəmirik və s. Məncə beynəlxalq təşkilatlar daha çox iş görməlidirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın, bütövlükdə Avropanın təhlükəsizliyi üçün böyük təhdiddir.
Arzu edirəm ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin, mehriban qonşuluq münasibətləri yaransın”.
Baxış sayı: 1 868
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

