FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan: siyasi və geosiyasi iflasın yeni mərhələsində
23-04-2016, 10:40 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan: siyasi və geosiyasi iflasın yeni mərhələsində

Daxili siyasətdəki uğursuzluqlar davam edir. Hakim Ermənistan Respublikaçılar Partiyasına qarşı etirazlar yüksəlir. İqtidar ölkəni dalana aparmaqda ittiham edilir. Bir sıra yerlərdə artıq kütləvi etirazlar başlayıb. 
Ermənilər hakim dairələrdən müharibədə nəyə görə uduzduqlarının izahını tələb edirlər. Müdafiə naziri Seyran Ohanyanın ölkə rəhbərliyi tərəfindən sorğu-suala tutulması da birmənalı qarşılanmayıb. Çünki erməni ordusunda hökm sürən başıpozuqluqda, qoşun növləri arasında əlaqələrin zəifliyində, təchizatın biabırçı səviyyədə olmasında bütövlükdə Serj Sarkisyan iqtidarı günahlandırılır. Bütün bunlara ölkəyə xarici dəstəyin azalması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında İrəvanın sözünün sayılmaması da əlavə edilir. Belə qənaət yaranır ki, Ermənistan siyasi iflasın növbəti mərhələsinə qədəm qoyub ki, bunun da daha ağır nəticələri ola bilər.

Şok vəziyyəti: İrəvan məntiqsiz davranır

Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra şoka düşən Ermənistan rəhbərliyi hələ də özünə gələ bilməyib. Erməni ekspertlər bunun səbəblərini araşdırmağa çalışırlar. Cəmiyyətdə hakimiyyətdən narazılıqların durmadan artması ilə yanaşı, siyasi müxalifətin də radikallaşması hakim elitanı çox qorxudur. Lakin hakimiyyət hansısa effektiv addım ata bilmir. Ermənistan iqtidarı əhali arasında nüfuzunu itirir, daxildə etiraz yüksəlir və ölkənin onsuz da çox zəif olan geosiyasi mövqeyi sıfıra düşür.

Əslində, burada gözlənilməz bir məqam yoxdur. Çünki Ermənistan dövlət olaraq xülyalarda yaşayır, havadarının hərbi uğurlarını özününkü hesab edirdi. Erməni analitik İqor Muradyan bunun yaratdığı psixoloji anormallığı təsvir edir. O, apreldə erməni ordusunun aldığı ağır zərbədən sonra vəziyyətin kəskin dəyişdiyini ermənilərin çətinliklə anladıqlarını vurğulayır. İ.Muradyan yazır: "Çətin ki, ermənilər bunu başa düşsün, ancaq hər halda, demək lazımdır. Söhbət ərazi itkilərindən, həmçinin indi sadəlövhlüklə "Dağlıq Qarabağ Respublikası" adlandırılanın siyasi statusundan gedir" (bax: Игорь Мурадян. Впереди политическое поражение Армении / "Lragir.am", 19 aprel 2016).

Erməni analitik hesab edir ki, Ermənistan məğlubiyyətlə barışmağa "məhkumdur". Rəsmi İrəvanı nə Rusiya, nə də Amerika sona qədər müdafiə edə biləcək. Səbəb də ondan ibarətdir ki, iqtidar çox uğursuz xarici siyasət yeridir, ölkənin suverenliyi və müstəqilliyi formal xarakter daşıyır. Ermənistanı nə Rusiya, nə də ABŞ müstəqil dövlət kimi qəbul edir. İndi baş verənlərdə İrəvanın dediklərinə əhəmiyyət verilməməsi məhz bunun əlamətidir.

Erməni ekspertlər buna misal olaraq Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının iclasının İrəvanda deyil, Moskvada keçirilməsi haqqında qərara gəlinməsini göstərirlər. Həmin təşkilatın nizamnaməsinə görə, iclas yerinin dəyişməsi üzvlərin hamısının razılığı ilə olmalıdır. Əgər İrəvanı Moskvaya dəyişiblərsə, deməli, erməni tərəfinin razılaşması üçün təzyiqlər olub. Qısa deyilsə, Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun fikirləri ilə razılaşıblar (bax: Акоп Бадалян. Налбандян раскрыл позор, или Алиев обрадуется / "Lragir.am", 14 aprel 2016).

Bütün bunlar Ermənistanın siyasi məğlubiyyəti ilə nəticələnəcək. Bu, doğrudan da belədir. Çünki məsələ həm də Ermənistan hakimiyyətinin daxili siyasətdəki uğursuzluqları və beynəlxalq miqyasda çox zəif mövqeyə malik olmasına bağlıdır. Daxildə iqtidardan narazılıqların yeni məzmun kəsb etməsi siyasi mübarizə səhnəsində radikalizmin yüksəlməsi ilə müşayiət olunur. Bir neçə gün əvvəl Robert Koçaryanın evinə qumbara atılmışdı. Bu hadisə keçmiş prezidentin yenidən siyasətə qayıtmaq istəyi haqqında informasiyaların yayılmasından sonra baş verdi.

Daxili ziddiyyətlər və xarici faktor: Azərbaycanın zərbələri qarşısında acizlik

Ekspertlərin fikrinə görə, R.Koçaryan həm həmyerlisi S.Sarkisyanın, həm də irəvanlı siyasətçilərin arzu etmədiyi personadır. Qumbara hər iki düşərgənin adamları tərəfindən atıla bilərdi. Son məlumatlara görə, bunu edən adamın sürücü olduğu bildirilir. Belə çıxır ki, Ermənistanda siyasi mübarizədə keçən əsrin 90-cı illərində sınaqdan çıxmış üsullardan istifadə etməyə başlayıblar. Onun kulminasiya nöqtəsi 1999-cu ildə Ermənistan parlamentində törədilən kütləvi qətliam, terror hadisəsi hesab edilir.

Bir sıra analitikin proqnozuna görə, buna oxşar hadisə baş verə bilər. Lakin burada bir məqam da vardır. Biz rusiyalı ekspertlərin davamlı olaraq belə bir informasiya yaymasını nəzərdə tuturuq. Onlar tezliklə Azərbaycana işğal edilmiş rayonlarının beşinin qaytarılacağından bəhs edirlər. Sonra qalan iki rayon və Dağlıq Qarabağın hüquqi statusu məsələsi müzakirə edilə bilər (bax: Sergey Markov: "İşğal altındakı 5 rayon bu ilin sonuna kimi Azərbaycana qaytarılacaq" / "APA", 14 aprel 2014).

Sergey Markov bununla bağlı deyib: "Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır" (bax: əvvəlki mənbəyə). Bundan sonra isə danışıqların növbəti mərhələsinə keçmək olar. Maraqlıdır ki, rusiyalı ekspert Moskvanın bu cür tələskənliyini Azərbaycanın üstünlük əldə etməsi ilə izah edir: belə getsə, problem mütləq mənada Bakının xeyrinə həll oluna bilər. Bunun baş verməməsi üçün Kazan prinsipləri adlanan şərtlərlə münaqişəni həll etmək lazımdır (bax: əvvəlki mənbəyə).

Deməli, faktiki olaraq, bir sıra dairələr Azərbaycanın mövqeyinin güclənməsindən narahat olmağa başlayıblar və münaqişənin tam ədalətli həllinin qarşısını almaq üçün "5 rayon+2 rayon və referendum" formulunu reallaşdırmağa çalışırlar. Bəs Azərbaycan buna razıdırmı? Bir halda ki, gec və ya tez Azərbaycan qalib gələcək və düşmənə layiq olduğu yeri göstərəcək, nəyə görə Ermənistanı tam məğlubiyyətdən qurtarmağı nəzərdə tutan planı qəbul etməlidir? Biz yuxarıda rusiyalı ekspertin və bir sıra xarici dairələrin arzularını ifadə edən informasiyanı verdik. Lakin bu, rəsmi Bakının mövqeyi deyil. Bu səbəbdən Azərbaycan xalqı ölkə prezidentinin, Ali Baş Komandanın verdiyi qərarları yeganə düzgün mövqe hesab edir.

Qərb dövlətlərinin mövqeyi də bütün bunların fonunda maraqlı görünür. ABŞ rəhbərliyinin Prezident İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyi məlumdur. O cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpasını Vaşinqton vacib sayır. Avropa İttifaqı da eyni mövqedən çıxış edir. Almaniyanın kansleri Angela Merkel bugünlərdə Ermənistan prezidentinə bunu bur daha xatırladıb. Ancaq Qərb bu barədə hələlik yalnız söz, bəyanat səviyyəsində danışır.

Konkret addımlar atılmır. Ermənistandan bir təcavüzkar kimi işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi tələb olunmur. Ədalət naminə, ermənilərin "Azərbaycan aqressiyası"nı qınamağa çağıran tələblərinə də Avropada fikir verən yoxdur. Ancaq bunlar yetərli deyil – Avropa qəti surətdə təcavüzkarın qoşunlarını çəkməsini tələb etməlidir. O cümlədən BMT qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi şərtini qətiyyətlə dilə gətirməlidir.

Bunların əvəzində, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir və ya iki dövlətin inhisarına verilməsi çox riskli olardı. Azərbaycanın torpaqları qeyd-şərtsiz azad edilməlidir. Hər hansı danışıqlar da bundan sonra aparıla bilər. Başqa variantlarda münaqişənin təminatlı həllindən söhbət gedə bilməz.

Beləliklə, Ermənistan bütün istiqamətlərdə ağır zərbələr almaqda davam edir. Artıq əvvəlki vəziyyətin qayıtması mümkün deyil. Azərbaycan öz haqlı tələblərini qoymaqla münaqişənin ədalətli həllinə çalışır. Ermənistan isə təcavüzkarlığını əsaslandıra bilmir. İrəvanın xarici dəstəyi də getdikcə azalır. İndi Ermənistanda sosial-siyasi vəziyyət qeyri-müəyyəndir. Bir qədər sonra bu, açıq qarşıdurma mərhələsinə keçə bilər. Görünür, bəzi xarici ekspertlər də bunu nəzərə alaraq, Ermənistanın daha ağır duruma düşəcəyini proqnozlaşdırırlar. Onlar İrəvanın yeni silahlar almaqla prosesləri öz xeyrinə dəyişmək şansının sıfıra bərabər olduğunu vurğulayırlar. Yəni məsələ silahlarda deyil. Azərbaycan bütün sahələrdə inkişafa nail olub və Ermənistan kimi zəif bir dövlət onun qarşısında dayana bilməz. Ən əsası isə odur ki, haqq-ədalət Azərbaycanın tərəfindədir. Ekspertlər də məhz bu məqamı vurğulayaraq yazırlar ki, Azərbaycan öz torpaqlarını azad edir ki, buna heç kəs etiraz edə bilməz.

Newtimes.az




Baxış sayı: 1 859
Givi Mikanadze: AŞPA-nın tələbləri Gürcüstanın daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə ziddir Bu gün, 11:00 Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını təsdiq edib Bu gün, 10:30 Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb Bu gün, 10:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür Bu gün, 09:00 “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib Dünən, 21:00 XİN: Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik Dünən, 20:00 Kobaxidze Paşinyanla sülh prosesinin gedişini müzakirə edib Dünən, 20:00 МИД: Решительно отвергаем и осуждаем антиазербайджанские заявления министра иностранных дел Франции Dünən, 17:00 State program for improving transport infrastructure in Baku and surrounding areas approved - ORDER Dünən, 16:00 Baxtiyar Saidov: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır Dünən, 12:00 Azərbaycan regional layihələrin icrasında aparıcı rol oynayır Dünən, 10:30 “Azərbaycanın musiqi qalası Şuşa” kitabı Türkiyədə nəşr olunub Dünən, 10:00 Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək Dünən, 10:00 Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaradıb Dünən, 09:00 Ombudsman: Səsvermə zamanı hüquq pozuntusu və hər hansı dövlət qurumunun müdaxiləsi müşahidə olunmayıb Dünən, 07:30 Gürcüstan mediası Prezident İlham Əliyevin nəqliyyat məsələləri ilə bağlı müşavirədəki çıxışından yazıb 29-01-2025, 20:30 Turkish Foreign Minister hails high-level relations with Azerbaijan and Uzbekistan 29-01-2025, 18:30 Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub 29-01-2025, 17:00 Hakan Fidan: Orta Dəhliz Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və sərfəli arteriyasıdır 29-01-2025, 16:30 Algerian TV Channel airs documentary on Azerbaijan 29-01-2025, 15:30 Əcnəbi telekanalda Azərbaycan haqqında sənədli film nümayiş olunub 29-01-2025, 11:30 Tanınmış futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür 29-01-2025, 11:00 Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib 29-01-2025, 11:00 Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub 29-01-2025, 10:30 Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb 29-01-2025, 10:00 Şəhid Əmir Kazımovun bu gün doğum günüdür 29-01-2025, 08:00 İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub 28-01-2025, 20:00 Türkiyə XİN: Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşlər həmrəyliyin göstəricisidir 28-01-2025, 18:30 Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib 28-01-2025, 17:30 Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir - PREZİDENT 28-01-2025, 16:30
Köşə yazarları
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031