FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Neue Zürcher Zeitung”: Ermənistan Azərbaycan ərazisinin dörddə bir hissəsini işğal edib
13-07-2015, 09:25 | TƏDQİQATLAR-ANALITIKA
“Neue Zürcher Zeitung”: Ermənistan Azərbaycan ərazisinin dörddə bir hissəsini işğal edib

“Avropa öz müstəmləkə tarixinin kütləvi cinayətlərini tanımaqda davam etməlidir”, - deyən G.Noyman 1904-1908-ci illərdə Namibiyada alman qoşunlarının gerrero və namakva xalqlarını kütləvi surətdə qırmasından danışır və bunu soyqırımı adlandırır. Gerreroların, o cümlədən qadınların və uşaqların öldürülməsi barədə komandir Lotar fon Trotun əmrindən sitat gətirərək bu etnosun üçdə iki hissəsinin qırıldığını bildirir.

Müəllif qeyd edir ki, Bonn və Berlin soyqırımını həmişə inkar ediblər və bunu əsas gətiriblər ki, BMT-nin Soyqırımına dair Konvensiyasının retrospektiv qüvvəsi yoxdur. Bu zaman o, guya BMT-nin 1948-ci ildə erməni faciəsinə istinad etdiyini təşkilatın ayağına yazmaqda səhvə yol verir. Əslində məlumdur ki, BMT-nin 1948-ci ilə aid heç bir rəsmi sənədində ermənilərə istinad olunmayıb.

G.Noyman yazır ki, gerrerolar barəsində soyqırımını tanımaq xahişi Bundestaq tərəfindən rədd edilib, amma AFR Prezidenti Yoaxim Qauk 1948-ci il termininin retrospektiv tətbiqindən çəkinməyib və ermənilərin məhrumiyyətlərini “soyqırımı” adlandırıb.

O, Almaniyanın İsrail, Polşa və Rusiya qarşısında cinayətlərini etiraf etməsini və üzr istəməsini məsləhət görmüş Namibiya xarici işlər nazirinin sözlərini misal gətirir, çünki orada söhbət afrikalılardan deyil, ağ adamlardan gedir.

G.Noyman yazır ki, bəzən öz cinayətlərini etiraf etmək çox çətin olur və o, Belçikanın Konqoda, Fransanın Əlcəzairdə, Yaponiyanın Uzaq Şərqdə müstəmləkə tarixinin qaranlıq səhifələrini xatırladır. “Hətta 2001-ci ildə əsarətin bəşəriyyətə qarşı cinayət olduğu barədə öz etirafını Nikolya Sarkozi Fransa müstəmləkəsinin Afrika üçün müsbət xarakteristikası ilə pərdələyib”, - deyən müəllif eks-prezidenti qınayır.

Bəlkə də məqalədə əsas fikir aşağıdakı cümlə ilə ifadə olunub: “Gerreroların dünya diasporu və bəlağətli nitqə malik lobbisi yoxdur, Frans Verfeldən istifadə etmiş ermənilərdən fərqli olaraq, bu faciə haqqında ədəbiyyat da yoxdur”. Əslində səbəb budur, nə üçün bu gün bütün dünya ermənilərdən danışır, amma iki Namibiya tayfasının faciəsini və hətta dinc türk əhalisinə qarşı ermənilərin özlərinin törədikləri cinayətlərdən heç kəsin xəbəri yoxdur? Səbəb lobbi və diaspordur.

“Soyqırımı adicə söz deyil, ağır nəticələr verən bir məfhumdur. Çox vaxt qurbanlar cəlladlara çevrilir və Yaxın Şərqə, Ruandaya, yaxud Dağlıq Qarabağa nəzər salsaq, burada təəccüblü bir şey olmadığını görərik. Bütün hallarda səbəb oxşarlığı var: fanatcasına komplekslilik, təhrikçilik, qisas və ya sadəcə qorxu. Məsələn, Ermənistan Azərbaycan ərazisinin dörddə bir hissəsini işğal edib və onun bir milyon sakini qaçqın və məcburi köçkünə çevrilib” , – yazan müəllif Ermənistanın özünün törətdiyi soyqırımına və onun cəllada çevrilməsinə işarə edir.

 

“Avropanın öz nailiyyətləri ilə qürurlanması üçün kifayət qədər əsası var. Lakin bununla belə, qarşıdakı onilliklərdə övladlarımıza şən bayramlar əvəzinə düşünməyə əsas verəcək hələ çox “yüzillik yubileylər” olacaq”, - deyən G.Noyman almanlara XX əsrin ilk soyqırımı olan gerrerolara qarşı cinayətləri etiraf etməyi təklif edir.

 



Baxış sayı: 1 884
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30