FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Uğura gedən dördgünlük yol
11-04-2016, 21:15 | TƏDQİQATLAR-ANALITIKA
Uğura gedən dördgünlük yol

Bu səfər əvvəlkilərdən xeyli fərqli idi. Dördgünlük müharibədən sonra ilk dəfəydi bu  yolu gedirdim.

Etiraf etməliyəm ki, dörd gün, hamı kimi, mənim üçün də çox gərginliklə keçdi.

1994-cü ilin may ayından bu yana, Horadiz əməliyyatlarından sonra, Azərbaycan ordusu  ilk dəfə olaraq tarix yazmağa nail oldu. Strateji yüksəklikləri əldə etməklə yanaşı, canlı qüvvə sarıdan itkilərimiz də oldu. Peşəkar zabit və əsgərlərimiz erməni tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda şəhid oldular.

Ən böyük təsəllimiz  odur ki, itkilərimizin sayından asılı olmayaraq, işğal altındakı torpaqlarımızın hələlik az bir qismini düşməndən azad edə bilmişdik.

İkinci bir tərəfdən, ideoloji müharibədə üstün olduğumuzu göstərdik.

Üçüncü məqam isə hamılıqla siyasi etiqadından asılı olmayaraq, hamı bir nöqtəyə vurdu. Və yekdillik nümayiş etdirə bildik.

Mən isə dördgünlük müharibə dövründə ideoloji sahədə az da olsa bacardığım köməyi  göstərməyə çalışmışdım. Ancaq yenə rahatlıq tapmaq üçün doğma  rayonumu ziyarət etməyə qərar verdim.

Sərhədyanı istiqamətdə əhalinin vəziyyətiylə tanış olmaq, “Seyid Lazım Ağa ocağını” ziyarət etmək üçün Çəmənli kəndinə doğru yollandım.

Bənövşələr kəndindən sonra “Kəhriz”in yanında  Ağdam rayonunun rəsmilərini, fəxrimiz Arif Babayev  və Mənsum İbrahimovu gördüm. Belə fürsəti əldən verməmək üçün maşını kənara verib düşdüm.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon rəsmiləriylə, habelə xalq artistlərimiz  Arif Babayev  və Mənsum İbrahimovla, istedadlı xanəndə Təyyar Bayramovla və ATV-nin tanınmış aparıcısı Zaur Baxşəliyevlə görüşdüm.

Çox sevincli anların şahidi oldum. Yadda qalan məqamlardan biri də söhbətə millət vəkili Qənirə Paşayevanın qoşulması oldu. Sözün düzü, etiraf etməliyəm ki, söhbət etdiyim insanların hər birinin gözündə işıq var idi. Rahatlıq var idi. Elə bil hamı bu məqamı səbrsizliklə gözləyirmiş.

Beləliklə, söhbət əsnasında diqqətimi çəkən bəzi məqamları qeyd etməyə çalışacağam.

- Raqub Məmmədov: “Bu gərgin və həssas günlərdə Ali Baş Komandanın verdiyi tapşırıqları yerinə yetirməklə ağdamlılar bir daha isbat etdilər ki, onlar hamılıqla cənab prezidentin yanındadırlar. Düşmən son anda əhali arasında çaşqınlıq yaratmaq üçün mülki əhalini nişan almışdı. Nəticədə dörd gündə Ağdam ərazisində 72 mənzilə ciddi ziyan dəydi. Sakinlərimizə dövlətimizin qayğısıyla bundan da daha əzəmətli mənzillər inşa edəcək. Bu maddi ziyanla üzləşməyimiz bizləri heç də ruhdan salmadı.  Biz ağdamlılar Ali Baş Komandanın hər an hücum əmrini gözləyirik”.

- Qənirə Paşayeva: “Mən Lələ təpəni ziyarət edib Ağdama gəldim. Burdan isə Tərtərə, ordan da Tovuz rayonuna yola düşəcəyəm. Şəhid olan zabitlərin əksəriyyətini şəxsən tanıyırdım. Bu gün ordumuz dördgünlük müharibəylə nəyə qadir olduğunu göstərdi. Dördgünlük müharibədə Azərbaycan atdığı hər bir addımıyla dünyaya səs saldı. Bununla da dünyaya “mənimlə də hesablaşmağın vaxtı çatıb” mesajını verdi”.

- Arif Babayev: “Sərhədyanı kəndlərdə bu gün keçirdiyimiz görüşlərdə hər bir ağdamlının gözündə bir ümid gördüm. Ağdamlılar Ali Baş Komandanın ətrafında birləşdiklərini əyanı şəkildə göstərdilər”.

- Mənsum İbrahimov: “Belə ağır və çətin günlərdə hamının rayonda olması, öz işiylə məşğul olması, hər bir ağdamlının Azərbaycan ordusuna günvənməsindən xəbər verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

- Zaur Baxşəliyev: “İlk dəfə olduğum “Çay evi” müasir Ağdamın simvoluna çevrilib. Əminəm ki, Ağdamda da belə bir “Çay evi”ni inşa etmək bizə qismət olacaq. Bu gün görüşdüyüm insanların həyata olan inamları bunu deməyə mənə əsas verir”...

Bəli, çox maraq doğuran sual-cavabların şahidi olmuşdum.

İcra başçısı Raqub Məmmədov təmkinini  pozmadan hər bir hadisəyə münasibət bildirməsiylə, ən ağrılı məqamlarda belə, özünü itirmədən camaatının yanında olmasıyla 72 %-i  işğal altında olan bir rayonda bundan sonra hələ çox işlərə, layihələrə imza atacağından xəbər verirdi. Xatırladım ki, sərhəddə qızğın döyüşlərin getdiyi bir məqamda Quzanlı qəsəbəsində həyata keçirilən layihələrin icrası öz axarındaydı.

Lələ təpədə şahid olduğu məqamları bizimlə də bölüşən millət vəkili Qənirə Paşayeva elə həvəslə danışırdı ki, hiss edirdin ki, özü də o anları yenidən yaşayır, daha doğrusu yaşamaq istəyindədir.

Əsgərlərin çox ümidlə danışmaları əldə edilən nailiyyətlərin davamlı olacağından xəbər verir. Xanım millət vəkilinin xəstəxanada  yaralı mülki vətəndaşlara, o cümlədən dar-macalda  vaxt ayırıb rayon ərazisində şəhid olan əsgərin ailəsinə  baş çəkmək istədiyini bildirməsini isə unutmaq olmaz...

Görüşdən sonra yarımçıq qoyduğum ziyarətə gedirəm. Ziyarətdə Seyid Lazım Ağanın oğlu Mir Yusifağa ilə görüşürəm. Çox ümidlidir. Onlarca sakinin bu dörd gündə heç nəyə fikir vermədən ziyarətə gəldiyini deyən ağa tezliklə doğma Ağdama və işğal altında olan digər yaşayış məntəqələrinə donəcəyini xüsusiylə vurğuladı.

Qayıdanda isə Xındırıstan kəndində yazılarımdan birinin qəhrəmanı olmuş çörəyini kərpic kəsməkdən çıxaran Anarla görüşürəm. Vəziyyətlə bağlı verdiyim suallara dəqiqliklə cavab verən Anar əvvəlki qazancının olmadığını desə də, ümidlə yaşayır, inanır ki, elə öz kəsdiyi kərpiclə də doğulduğu Qiyaslı kəndində ev tiktib ailəsini dolandıracaq...
Vüqar Tofiqli




Baxış sayı: 3 121
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031