Bu sözləri Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa “gizli silah”a sahib olması barədə fikirlərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-a bildirib.
Sabiq komandir deyib ki, “guya erməni “sənətkarların” əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan ən çətin gün üçün saxlanılan “gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər isə yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır. Həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa çalışır.
“Amma bu üzdəniraq erməni “qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür.
Hətta erməni hərbçilərinin zorakılığına, hədə-qorxularına məhəl qoymayan ermənilər Xankəndinə və Şuşaya qaçmaqla canlarını qurtarmaq istəyirlər. Yəqin ki, köçərək növbəti sığınacaqları yer qədim yurd yerimiz İrəvan şəhəri olacaqdır. Burada yerinə düşən əsas sual budur: bəs sonra hara qaçacaqlar?!”, - deyə Y.Aydəmirov bildirib.
Baxış sayı: 2 090
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

