FACT-INFO.AZ » AKTUAL » İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…
18-10-2020, 13:35 | AKTUAL
İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı…

Müzəffər Azərbaycan ordusunun polad iradəsi, qətiyyəti düşmənin gözlədiyindən daha tez, daha keyfiyyətli və daha miqyaslı yeni şəkillənmə yaradıb. “Qalib erməni ordusu” artıq “siyasi mif”, “erməni siyasi folkloru”, erməni yalan ədəbiyyatı üçün də yararsızdır. Ədəbiyyat demiş, sosial şəbəkənin Azərbaycan seqmentində belə bir paylaşım dolaşırdı: Nizami yurdunun yaralarını Füzuli zəfəri sardı… Çox anlamlıdır! Bəli, Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı ordunun müqavimətindən “m” hərfi də qalmayıb. Orda-burda başıpozuq, rabitəsiz atışları da müqavimət deyil, öz canı ilə əlləşmək, quru canını xilas etmək, zaman qazanmaq üçün çırpınışlardır. İstismarçı, işğalçı Ermənistan ordusu iflic durumuna düşüb, şəxsiyyətsiz şəxsi heyətləri arasında ruh düşkünlüyü ən yüksək həddə çatıb. Ən müxtəlif qaynaqlardan gələn, KİV-lərdə tirajlanan bilgilər “qalib ordu”nun bütün cəbhə boyu ağ bayraq qaldıraraq, Azərbaycan ordusuna təslim olmaq ərəfəsində olmasını ifadə edir. Olsun, ağ bayraq qaldırana imdad etmək əcdadımızdan gələn mili xarakterimizdir, lakin o ağ bayraq ləkəli olmamalı, ağ rəngə boyanmış qaramat niyyətlər daşımamalıdır. Bizim imdadımız, amanımız yenidən, Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçılarının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə üzərimizə qayıtmamalıdır. Müharibənin də öz qayda-qanunu, hərbçinin öz əxlaqı olmalıdır. Hərb meydanında uduzub, ön cəbhədən uzaqlardakı dinc insanları, uşaqları, qadınları, qocaları hədəf almaq, özü də, məhz onlar yatarkən raket atəşinə tutmaq rəzilliyin ötəsidir. Dinc əhalinin sadə evləri zirehdən deyil, orada hərb planları cızılmır! Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkünsüzdür!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva diqqətə çatdırıb ki, hələ XIX yüzilliyin sonlarında Aleksandr Dümanın Qafqaz səfəri zamanı təsbit etdiyi kimi, öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz ermənilərlə müqavilə bağladıqdan sonra da, inanmaq, ehtiyatı əldə vermək olmaz. Azərbaycan Ordusunun tibb maşınlarını atəşə tutmadığını bildiyindən, onları “Komanda idarəetmə maşını”na çevirmək, tabut içində silah daşımaq kimi hiyləgərliklərlə uzağa getmək mümkün olmayacaq. Ermənistanda bunu anlamalı və nəhayət qəbul etməlidirlər. Çox uzağa getməyək 10 oktyabrda Moskvada elan olunmuş “humanitar atəşkəs” bəyanatının mürəkkəbi qurumamış Ermənistanın nə hoqqalardan çıxdığını gördük. İndi də Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatına, Minsk qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq, 18 oktyabr gecə saat 00.00-dan yeni “humanitar atəşkəs” qüvvəyə minməliydi. – Özü də, bunun məhz Ermənistan tərəfinin təkidli xahişlərinin nəticəsi olduğunu bilməyən yoxdur. Bəs nə oldu?! – Mən bilərəkdən “qüvvəyə minib” yerinə “qüvvəyə minməliydi” yazdım, çünki Ermənistan hərbi-siyasi rəhbərliyi hüququn, razılaşmanın qüvvəsini tanıya bilmir, o, yalnız tankın-topun, SİHA-nın qüvvəsini, gücünü tanıyır. Mən bu sətirləri yazarkən KİV-lər məlumat yaydı: “Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir”…

İşğalçı Ermənistanda hökm sürən xaos cəbhəyanı bölgədə yerləşən Tərtərdə daha çox hiss olunur. Hərbi-siyasi hakimiyyətləri ciddi-cəhdlə humanitar atəşkəs əldə olunması üçün yalvardığı halda, Ermənistan silahlı qüvvələri atəşi kəsmir. İşğalçı ordu növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq, səhər tezdən Tərtərə mərmilər yağdırmaqda davam edir. Müzəffər ordumuz düşmənə layiqli cavab verir, atəş nöqtələri sıradan çıxarılır.

Sentyabrın 27-dən bəri artıq ikinci dəfədir istismarçı və işğalçı düşmən humanitar atəşkəs üçün yalvarır, sonra əldə edilmiş razılaşmanı kobud şəkildə pozur. O zaman Azərbaycan Ordusunun üzərinə düşən vəzifə aydındır: Düşmənin pozuculuq fəaliyyətinin qarşısını qətiyyətlə almaq!

Prezident İlham Əliyevin nüfuzlu xarici TV-lərə son günlər ardıcıl şəkildə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Bilməyənlər də bilir, bilənlər əlavə bilgilər əldə edir, düşmənin arasıkəsilməz yalan istehsalı zay olur…

Qeyd edib ki, Prezidentin Füzuli şəhərinin azad olunduğunu elan etməsindən öncə, qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına verdiyi müsahibə də Ermənistanın hərbi cinayətlərini göstərmək, ordumuzun məhz xilaskarlıq missiyası həyata keçirdiyini təsbit etmək baxımından səciyyəvi idi. Nəzərə alsaq ki, qardaş ölkə TV-ləri yalnız Türkiyədə deyil, türksoylu ölkə və topluluqlarda, ərəb ölkələrində, Balkanlarda və b. yerlərdə geniş izləyici auditoriyasına malikdir, o zaman “A Haber”ə müsahibənin özünəməxsus önəmini bir daha vurğulamış olarıq. Burada vurğulanmalı bir mühüm məqam da, Prezidentin istər “A Haber”ə, istər digər TV-lərə müsahibələrdə etdiyi ismarıcların, bir sözlə, proseslərin inkişaf trayektoriyası ilə bağlı dediklərinin həyatda hərfbəhərf öz əksini tapmasıdır.

Prezident “A Haber”ə nə demişdi?

- Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu, Ermənistanın yırtıcı xislətidir;

- Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmayıb, bu gün də açmır;

- Baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar olur, vətəndaşlarımız öz torpağında qürurla yaşayır, çətinliklərə dözür. Onları ərazi bütövlüyümüzün bərpa edilməsi, bayrağımızın işğal edilmiş bütün torpaqlarda qaldırılması amalı birləşdirir;

- Ermənistan məğlub olduğunu görüb atəşkəs istəyir; ancaq görünür ki, Ermənistan atəşkəsdən sui-istifadə edir;

- “Qalib erməni ordusu” mifi müharibə meydanında çox qısa zaman içində əridi, yox oldu. bu günlər ərzində Ermənistan ordusuna dəyən ziyan 2 milyardı keçib;

- Ermənistan Qarabağa muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamazdan öncə PKK-çılar orada düşərgə qurub;

- İşğal altındakı Dağlıq Qarabağ rəsmi nəzarətdən kənar bir ərazi idi; orada qaçaqmalçılıq, narko­ticarət, qanunsuz məskunlaşma, təbii sərvətlərin talan edilməsi və s. bədnam olaylar baş verirdi;

- Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. “…Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin”;

- Azərbaycan “status-kvo”nu dəyişdi. “Status-kvo” Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanılmasına xidmət edirdi;

- Azərbaycanın işi haqq işidir, biz beynəlxalq hüquqa uyğun davranırıq və haqlı, ədalətli mübarizəmiz dəstəklənir. “Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdi”.

Qonşu ölkələr tərəfsizliyini qoruyur. İran və Gürcüstan öz hava məkanını, quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı;

- Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır.

Təbii ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan həmişə sevgi ilə danışan Azərbaycan dövlət başçısı, öz mövqeyini, məhəbbətini “A Haber” efirində də ifadə etdi: “Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir”.

Ali Baş Komandanın “A Haber”ə hadisə kimi müsahibəsindən bir məqama da diqqət edib, başqa mövzuya toxunmaq istəyirəm: bu, milli həmrəylik mövzusudur. – “Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir – siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik”.

Respublikamızda fəaliyyət göstərən 50 siyasi partiyanın dünən beynəlxalq və regional təşkilatlara Müraciət ünvanlamasını Prezident İlham Əliyevin çağırışına operativ və konkret münasibət hesab edirəm. Partiyalar 30 beynəlxalq ünvana müraciət yollayaraq onları Ermənistanın oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı barədə məlumatlandırıb və ədalətli mövqe bildirməyə çağırıb. Müraciətdə, müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların öldürülməməsini tələb edən humanist mövqeli beynəlxalq təşkilatların və dövlətlərin diqqəti, Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasına, bölgə və beynəlxalq təhlükəsizliyi ciddi təhdid yaratmasına cəlb edilir. Baxmayaraq ki, bu silahlanma əsasən Azərbaycana qarşı yönəlib və yeni ərazilərin işğal edilməsi planı ilə bağlı olub. Bununla belə, beynəlxalq sülh və təhlükəsizliyi pozduğu da danılmazdır. Ümid edirik ki, sülhsevər dünya ictimaiyyəti bu müraciətə səssiz qalmayacaq.

Burada, iki məqam çox önəmlidir. Birincisi, milli həmrəylik amilidir ki, bu, belə bir həssas məqamda xüsusi önəm ərz edir. İkincisi, demokratiya, fikir müxtəlifliyi kimi məsələləri ön plana çıxaran bir çox dövlətlərin və beynəlxalq qurumların məhz fərqli siyasi partiyalardan müraciət almasıdır.

Fərqli mövzuları ümumiləşdirərkən, daha bir məqama da diqqət etmək istərdim. Ümidvaram, hər kəs fərqindədir ki, aktiv müharibənin getdiyi, həlledici önəm daşıyan bir çox situasiyadan, dövrdən fərqli olaraq, indi dövlət və cəmiyyətin çox yüksək həmrəyliyini, dövlət və siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının mükəmməl saat mexanizmi dəqiq çalışdığını və beynəlxalq ictimaiyyətin fasiləsiz olaraq, düzgün məlumatlandırıldığını görürük. Bu, Prezident İlham Əliyevin dövlət idarəetmə istedadının təntənəsidir!




Baxış sayı: 894
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30