6-5-2025 2:13
FACT-INFO.AZ » AKTUAL » Türkiyəli yazıçı: “Turan ideyasını ilk dəfə Əli bəy Hüseynzadə səsləndirib"
20-03-2016, 22:40 | AKTUAL
Türkiyəli yazıçı: “Turan ideyasını ilk dəfə Əli bəy Hüseynzadə səsləndirib"

- “İstiklal marşı”nın yazılmasının 95-ci ilində  bəzi qaranlıq nöqtələrə işıq tutan 2 məqaləniz “Hürriyet” qəzetində çap edildi. 1912-ci ili vurğulayırsınız. O ildə “Türk Ocakları” quruldu, əsas müzakirələr Əhməd Ağaoğlunun evində aparılmışdı. Əhməd Ağaoğlunun, Əlibəy Hüseynzadənin, Yusuf Akçuranın “İstiklal marşı”nın müəllifi Mehmet Akif Ərsoyla münasibətlərinə dair nə deyə bilərsiniz? 

- Bilirsiniz ki, məşrutiyyətin elanından sonra birdən-birə hürriyyət ortamı yarandı və o ortamda insanlar o günə qədər deyə bilmədiklərini mətbuat yoluyla, qəzet və dərgilərdə deməyə başladılar. O dönəmdə çıxan dərgilərdən biri də  islamçıların  “Sırat-ı müstakim” dərgisi idi. Mehmet Akif o dərginin baş yazarı idi. “Sırat-ı müstakim” təkcə Türkiyədə yox, türk və islam dünyasında oxunan bir mətbu orqanı kimi tanınırdı. İstanbula gələnlər mütləq o dərginin redaksiyasına baş çəkirdilər, yəni ora görüş yeri  kimiydi. Dərgi o vaxt qurulan Türk Dərnəyinin mətbu orqanı kimi də fəaliyyət göstərirdi. İslamçı çizgidə olmasına baxmayaraq, türklük məsələlərinə də yer ayırırdı. Əhməd Ağaoğlu bəylə Yusuf Akçura bəy ilk dönəmdə “Sırat-ı müstakim” dərgisinin yazarlarından idilər, yəni dərginin çıxmasında birgə zəhmət çəkmiş ziyalılar idi. 

- Yəni, Ağaoğlu 1910-cu ildə Bakıdan İstanbula gələndən  sonra Mehmet Akif Ərsoyla yaxın münasibət yaradıb. Düz anladıq? 

- Bəli, Yusuf Akçura da “Sırat-ı müstakim”in yazarlarından idi. Balkan savaşı başlayandan sonra türkçülük hərəkatı siyasi mənada da canlılıq qazandı. Bunun nəticəsində əvvəlcə Türk Dərnəyi, daha sonra isə Hərbi Tibb Akademiyası məzunlarının başlatdığı bir hərəkatın təşkilatı olan “Türk Ocakları” quruldu. Daha əvvəl Türk Cəmiyyətinin dərgisi olan “Türk Yurdu” da “Türk Ocakları”nın mətbu orqanı kimi çıxmağa başlayınca islamçılarla türkçülər arasında yavaş-yavaş fikir ayrılığı başladı. Ancaq daima həm islamçı, həm də türkçü olanlar vardı. Bir müddətdən sonra Ağaoğlu və Akçura “Türk Yurdu” dərgisinə yönəldilər. Dərgi 1931-ci ildə “Türk Ocakları”nın qapadılmasına qədər yayımlandı. O dönəmdə Əhməd Ağaoğlunun, Hüseynzadə Əlibəyin, Yusif Akçuranın yazılarının “Türk Yurdu” dərgisində ardıcıl şəkildə çıxdığını görürük. Yəni, azərbaycanlı ziyalılar türkçülük hərəkatında da, islamçılıq hərəkatında da önəmli rol oynayıblar. Turan ideyasını ilk dəfə Hüseynzadə Əlibəy səsləndirmişdi, daha  sonra Ziya Gökalp onu məşhur “Turan” şeiriylə bir ideologiyanın manifesti halına gətirdi. O dönəmdə, xüsusilə Əhməd Ağaoğlu fikir adamı və ideoloq kimi son dərəcə önəmli rol oynayıb. Onların fəaliyyətinin cümhuriyyətin elan edilməsindən sonra da davam etdiyini bilirik. Yusuf Akçuranın “Üç tarz-ı siyasət” məqaləsi türk düşüncə tarixində önəmli əsərlərdən biridir. Bunu qeyd etməkdə fayda var.

- Keçən il çıxmış kitabınızda Çanaqqala savaşında ön cəbhəyə getmiş ziyalılar arasında Əhməd Ağaoğlunun da olduğunu yazmısınız. Bu barədə nə demək istərdiniz?

- “Türk Yurdu” dərgisində dünya siyasətinin ən önəmli məsələlərini şərh edən yazıların altında Əhməd Ağaoğlu bəyin imzası var. Əhməd bəy ədəbiyyat adamı yox, düşüncə adamıdır, çox güclü təhsili olub, universiteti Parisdə bitirib. Ona görə dünya məsələlərini dərindən şərh edə bilirdi. Çanaqqala savaşlarında həm ön, həm də arxa cəbhədəkilərə mənəvi dəstək olsun deyə 15 nəfər ədəbiyyat, sənət və fikir adamı cəbhəyə yollanır. Onlardan biri Əhməd Ağaoğludur. 

- Siyahını Ziya Gökalp hazırlamışdı? 

- Böyük ehtimalla o hazırlayıb. Çünki bu məsələlərdə ittihad və tərəqqi hökumətinin ən çox etibar etdiyi şəxs Ziya Gökalp idi. Yəni, bu məsələdə onun fikrinin öyrənildiyi şübhəsizdir. Siyahı hazırlansa belə, Ziya bəyin o siyahıya baxıb təsdiqlədiyini deyə bilərik. Oradakı gənc şairlər Gökalpın cizgisində gedən qələm sahibləridir. Qayıdandan sonra Əhməd Ağaoğlu bəy həmişəki kimi, analitik yazılar yazıb. “Türk Ocakları”nın qurucu başqanı Həmdullah Sübhi Tanrıövər və Mehmet Emin Yurdaqul da eyni təşkilatda istər Ağaoğlu, istərsə də Hüseynzadə ilə yaxın dost olublar. O vaxt Çanaqqala cəbhəsinə göndərilənlərin çoxu türkçülük cizgisindəki adamlar olub, başqa dünyagörüşdə olan insanları heyətə daxil etməyiblər. Amma Akif İstanbulda olsaydı, onu da mütləq çağırardılar. Bilirsiniz ki, o vaxt Akifə başqa iş tapşırmışdılar. 

- Əvvəlcə islamçı mövqedə olan Akifin Berlinə gedəndən sonra daha çox türkçülük cizgisində olduğunu yazırsınız. Bunun səbəbi nə idi?

- Əvvəlcə Albaniyada üsyan olur, yəni atasının milləti üsyan edir. Akifdə ilk ruh düşkünlüyü o vaxt yaranır. Daha sonra Məkkədə Şərif Hüseynin, yəni ərəblərin üsyanı Akifin xəyalındakı “islam  birliyi” idealını  iflas etdirir. Türkiyə əldən getmək üzrəykən “islam birliyi” idealının mümkün olmayacağını görür. Həqiqətən, bizim o xaosdan çıxmağımız bir möcüzədir. Ona görə də müəyyən müddətdən sonra Mehmet Akifin şeirlərində türkçülük vurğusu hiss edilir. “İstiklal marşı”nda da o cürdür. “Yırtarım  dağları enginlere sığmam taşarım” - birbaşa Ergenekon əfsanəsinə işarədir. “Kahraman ırkıma bir gül, ne bu şiddet bu melal” - deyir. “Sırat-ı müstakim”dəki yazılarında türk tarixini 5 min il o tərəfə aparır. 5 min illik tarixdə heç vaxt əsir olmayan bir millətin yenə o xaosdan öz gücü və imanıyla çıxacağını yazır. Bunu açıq şəkildə ifadə edir. 

- Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə İrandan İstanbula gəldikdən sonra “Türk Ocakları”nın fəaliyyətində iştirak edib. İstər “Türk Ocakları”nın yaradıldığı dönəmdə, istərsə də sovet işğalı nəticəsində 1923-cü ildə Türkiyəyə gəlməsindən sonra Hüseynzadə və Ağaoğlunun Məhəmməd Əmin Rəsulzadə və digər azərbaycanlı mühacirlərlə əməkdaşlıqlarına dair nə deyə bilərsiniz? 

- Onların münasibəti barədə dərin məlumatım yoxdur, xüsusi şəkildə aradırmağım lazımdır. Bunu deyə bilərəm ki, Mehmet Akiflə Ağaoğlunun dostluğu axıra qədər davam etdi. Ankarada da yaxın dost idilər. Ancaq bəzi təməl nöqtələrdə aralarında fikir ayrılıqlarının olduğu da məlumdur. 

- O təməl nöqtələrdəki fikir ayrılıqları nələr idi? 

- İslama daha yaxın durmaq baxımından... 

- İslama Ağaoğlu daha yaxın dururdu, yoxsa Mehmet Akif? 

- Təbii ki, Mehmet Akif. Məclisdə Akif müxalif ikinci qrupda, Ağaoğlu isə birinci qrupda idi. Birinci və ikinci qruplar arasında fikir ayrılıqları olmasına baxmayaraq, Məclisin ümumi mənzərəsi demokratik idi, yəni hər dünyagörüşü o vaxtkı Məclisdə vardı və “İstiklal marşı”nı da o Məclis qəbul etmişdi, ona görə milli konsensusun mərkəzi sayılırdı. 

- Həmdullah Sübhi Tanrıövərin Məhəmməd Əmin Rəsulzadəylə dostluğu barədə araşdırmalarınız oldumu?

- Yox. Amma Həmdullah Sübhi Türkçülüyün liderlərindən biriydi. Bilirsiniz ki, Buxarestdə səfir olanda, xüsusilə xristian türklər olan qaqauzlarla yaxından maraqlanıb. Buxarestdə Avropadakı Azərbaycan mühacirətiylə qurduğu yaxın münasibət onun idealının bir parçasıydı. Məhəmməd Əmin Rəsulzadə ilə də o duyğularla yaxın dostluq yaratdığını təxmin edirəm. Mənim Həmdullah Sübhiylə bağlı xeyli araşdırmam var, bundan sonra Rəsulzadəylə münasibətlərini daha dərindən araşdıracağam. O dönəmdə yaxşı təhsil  görmüş nə qədər ziyalı var idi ki? Hamısı bir-birini tanıyırdı, dostluqları vardı, dost olmayanda da çox mədəni şəkildə rəqib olurdular. Mədəni şəkildə müzakirə aparan, mübahisələr edən, fikirləri uyğun gəlməyəndə bir-birlərinə son dərəcə sayğıyla yanaşan gerçək aydınlar idilər. 

- İttihad və tərəqqi hökumətinin Turan idealının praktik şəkildə həyata keçirdiyi ilk örnək 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edilməsi olub. Əhməd Ağoağlunun o vaxt hökumət tərəfindən Gəncəyə göndərildiyi məlumdur...

- Başda Ənvər paşa olmaqla, ittihad və tərəqqi hökumətinin bəzi üzvləri  Turan idealı yolunda imkanlarından daha çox iş görməyə çalışsalar da, çökmə vəziyyətində olan bir imperiyanın o sahədə davamlı şəkildə aktiv olması mümkün deyildi. Ancaq ittihad və tərəqqi hökumətinin ilk 5-6 ilində önəmli işlər gördüyünü də bilirik. Murat Bardakçı son kitabında Ənvər paşanın Rusiya, Azərbaycan və Orta Asiyadakı fəaliyyətini geniş şəkildə araşdırıb, xeyli sənəd var. Önəmli kitabdır hər halda, Azərbaycanda da oxunacaq. 

- Ənvər paşanın həmləsi olmasaydı, Azərbaycanın öz  müstəqilliyini 23 ay da olsa qoruması mümkün olmazdı, Bakı ermənilərdən xilas edilə bilməzdi...

- Təbii, təbii. O vaxtkı proseslər uzundur, ancaq hamısı son dərəcə önəmlidir. Heç olmasa, xalq müstəqilliyin dadını gördü...




Baxış sayı: 2 237
Laçın sakini olan zərərçəkmiş şəxs: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu Dünən, 20:30 Protocols related to massacre committed by Armenian armed forces in Balligaya village examined in court Dünən, 19:30 “Səhra qartalı” kitabının təqdimatı olub Dünən, 19:30 Xarici İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiqlənib Dünən, 19:30 Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb Dünən, 19:00 Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb Dünən, 19:00 Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib Dünən, 18:00 Aksel Drekol: Zaksenhauzen əsir düşərgəsində saxlanılmış azərbaycanlı qurbanların xatirə lövhəsinin açılması əlamətdar hadisədir Dünən, 12:00 “Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçirilib Dünən, 11:30 Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər Dünən, 08:00 Ukrayna hərbi kəşfiyyatının rəhbəri: Rusiya HHQ-nin Su-30 təyyarəsi “hava – hava” sinifli raketlə vurulub 4-05-2025, 20:00 Türkiyə Prezidenti: “Biz əsrlər boyu burada olmağa davam edəcəyik” 4-05-2025, 17:00 Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb 4-05-2025, 13:30 Türk Dünyasının Həmrəylik Gününə həsr olunmuş “Birlik ruhu” konserti keçirilib 3-05-2025, 20:30 Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib 3-05-2025, 19:00 Ombudsman Şuşa və Xocalıda aşkar edilmiş məzarlıqlarla bağlı məlumat yayıb 3-05-2025, 18:00 Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib 3-05-2025, 17:00 Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə regional gündəmi müzakirə edib 2-05-2025, 19:00 Gürcü professor: Borçalı xalçalarına dünya bazarında böyük maraq var 2-05-2025, 19:00 Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub 2-05-2025, 19:00 Document confirming involvement of Davit Ishkhanyan and his brother in killing of Azerbaijani civilians in Garadaghli examined at Baku Military Court 2-05-2025, 17:00 “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı tədbir 2-05-2025, 14:30 “Ey Vətən” bilik yarışı keçirilib 2-05-2025, 12:00 "Media sahəsində fəaliyyət zamanı milli-mənəvi dəyərlər nəzərə alınmalıdır" - Ombudsman 2-05-2025, 11:00 "İctimai proseslər media müstəvisində" mövzusunda forum keçirilir 2-05-2025, 11:00 "Heydər Əliyevin Azərbaycanda senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb" - Əhməd İsmayılov 2-05-2025, 11:00 Əsgərən-Xocalı yolu üzərində kütləvi məzarlıq aşkarlandı 2-05-2025, 10:00 Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub 1-05-2025, 21:00 Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar 1-05-2025, 20:00 Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı 1-05-2025, 19:00
Köşə yazarları
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031