FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “The Washington Times”: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki...”
5-03-2016, 09:30 | TƏDQİQATLAR-ANALITIKA
“The Washington Times”: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki...”

“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”.

Bu barədə "Caspian Group Holdings"in icraçı direktoru Rob Sobhaninin "The Washington Times"da dərc olunan məqaləsində deyilir.

Yazıda qeyd edilir ki, ABŞ Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrlər instititunu formalaşdırmaqla, münaqişənin həllinə cavabdeh ölkələrdən biridir. “Moskva Ermənistanla özününkü kimi rəftar edir və Ermənistana hərbi yardım göstərərək münaqişənin uzanmasına səbəb olur. Vaşinqtonun isə Yaxın Şərqə başı çox qarışıb. Prezident Obama Ermənistan və Azərbaycan arasında daimi ədalətli həllin tapılması istiqamətində diplomatik təşəbbüs başladaraq hər iki tərəf üçün yeni başlanğıca imza ata bilər. Erməni soyqırımını tanıyan dövlətlərdən biri olaraq Fransa ABŞ-ın diplomatik təşəbbüslərinin dəstəklənməsində aparıcı rol oynaya bilər. Əslində Vaşinqton və Paris Ermənistanı qonşusu ilə davamlı sülhə çağıraraq vicdanlı vasitəçi rolunda çıxış edir".(apa)

 Müəllif qeyd edir ki, Ermənistan və Azərbaycan arasında kommersiya əlaqələri milyonların həyatına birbaşa təsir edə bilər. Onun sözlərinə görə, Obama hər iki liderlə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qüvvələrini çıxaracaq bir plan üzərində işləməlidir: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki, ABŞ onlara arxasını çevirməyəcək və işlək həll yolu hər iki xalqı qane edə, onların vətəndaşlarına sülh içində yaşamağa imkan verə və dünyanın ən çətin bölgələrindən birində yaxşı qonşular olmaq üçün etimadı gücləndirə bilər”.




Baxış sayı: 2 025
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30