SİYASƏT
A- A A+

"Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik"

2020-05-29 08:50:13

.

"Azərbaycan 30 ildir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan ərazilərimizin 20%-ni işğal altında saxlayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

"Bu gün Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mütləq şəkildə icra olunmalıdır. Lakin bu qətnamələr icra olunmur. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə sadiqik. Lakin sülh danışıqları sonsuzadək davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız, regionda olan qonşularımız və hər şeydən öncə Ermənistanın öz rəhbərliyi nəzərə almalıdır", - deyə diplomat vurğulayıb.

Polad Bülbüloğlu ötən il Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" klubunun plenar iclasındakı çıxışını xatırladıb:

"Azərbaycan Prezidenti İlham Əliyev İordaniya kralı, Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə Vladimir Putinin dəvəti ilə Valday beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Orada Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə Ermənistan-Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini bir daha çatdırdı, bu münaqişənin beynəlxalq hüquq çərçivəsində yeganə həllini vurğuladı. Ona görə də, biz digər tərəfdaşlarımızdan, dünyanın digər ölkələrindən və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən dəstək gözləyirik".


Kateqoriya : SİYASƏT Baxış sayı : 152

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...