CƏMİYYƏT
A- A A+

Baş konsul Nəsimi Ağayevin Azərbaycanın bolşeviklər tərəfindən işğalının 100 illiyinə dair məqaləsi Los-Ancelesdə dərc edilib

2020-04-30 09:05:15

.

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayevin Azərbaycanın bolşeviklər tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100 illiyi ilə bağlı məqaləsi ABŞ-ın xarici siyasət sahəsində ən nüfuzlu təşkilatlarından olan Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurası tərəfindən dərc edilib.

Los-Ancelesdəki baş konsulluğumuzdan AZƏRTAC-a verilən məlumata görə, məqalədə 100 il əvvəl, 1920-ci il aprelin 28-də bolşevik qoşunlarının Azərbaycanı işğal etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulduğu bildirilir. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin cəmi iki il öncə - 1918-ci ildə yaradıldığını və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olduğunu qeyd edir. O, Azərbaycan Xalq Cümhuriyyətinin, həmçinin müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyini vurğulayır. Baş konsul Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökumətinin Azərbaycanın dini və etnik müxtəlifliyini bariz şəkildə əks etdirdiyini diqqətə çatdırır.

Məqalədə yeni respublikanın müstəqil xarici siyasət yürütdüyü və 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransına nümayəndə heyəti göndərdiyi qeyd olunur. Parisdə olarkən nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilson ilə görüşdüyü və bunun Azərbaycan və ABŞ arasında ilk yüksək səviyyəli görüş olduğu diqqətə çatdırılır. V.Vilsonun bir neçə ay sonra ABŞ-da etdiyi çıxışlarında Azərbaycan nümayəndə heyətini xoş sözlərlə yada saldığı bildirilir və sözügedən çıxışlardan sitatlar gətirilir.

N.Ağayev qeyd edir ki, 2018-ci ilədək Prezident Vilsonun yalnız Kaliforniyanın San-Fransisko şəhərindəki çıxışında Azərbaycana dair fikirlər səsləndirməsi məlum idi. Lakin ABŞ arxivlərində apardığı araşdırmaların nəticəsində baş konsul Vilsonun Şimali Dakota ştatında etdiyi çıxışda da Azərbaycanı qədim mədəniyyətə malik, mütərəqqi bir ölkə kimi xarakterizə etməsini aşkarladığını bildirir.

Diplomat tanınmış jurnalist Hyu Popun kitabına istinad edərək, Azərbaycan xalqının müstəqilliyin itirilməsi ilə barışmadığını, işğala qarşı mübarizə apararaq 20 minə yaxın şəhid verdiyini vurğulayır.

Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın bu gün regionda ən güclü iqtisadiyyata malik ölkə olduğunu və irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırır. O, həmçinin Azərbaycanda dinlərarası tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu, şiə və sünnilərin, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşadıqlarını, Azərbaycanın regionda və dünyada bu dəyərləri fəal şəkildə təbliğ etdiyini qeyd edir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 312

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...