SOSİAL
A- A A+

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 156 mini keçib

2020-03-08 14:05:04

.

“Vikipediya”nın Azərbaycan dili bölməsində görülən işlər öz müsbət təsirini göstərir. Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 156 mini keçib. Bu faktın özü hər gün Azərbaycan “Viki” icmasında fəallığın və görülən işlərin miqyasının artdığını bir daha təsdiqləyir.

Bu barədə AZƏRTAC-a AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil olunan ödənişsiz təlimlərə ölkənin müxtəlif qurumlarından, ali təhsil müəssisələrindən tələbə və gənclər qoşularaq könüllü fəaliyyət göstərirlər. “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda keçirilən təlimlərdə könüllülər məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılır. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, zənginləşdirilməsi, mətnin vikiləşdirilməsi, redaktəsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilir. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilir. Könüllülər tərəfindən “Vikipediya”da doğma dilimizlə bərabər, müxtəlif xarici dillərdə Azərbaycanın tarixi, elmi, mədəniyyəti, qədim memarlıq abidələri, görkəmli şəxsiyyətləri, siyasi xadimləri, bölgələri və s. haqqında yüzlərlə məqalə yaradılıb, zənginləşdirilib və redaktə edilib.

Elnur Eltürk qeyd edib ki, bu ilin sonunadək Azərbaycan dili bölməsində məqalələrin sayının 160 mini keçəcəyi proqnozlaşdırılır.


Kateqoriya : SOSİAL Baxış sayı : 196

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...