MƏDƏNİ
A- A A+

“Qobustan”-ın yubileyi

2020-02-20 12:00:27

.

Ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı və tərcüməçilərin, eyni zamanda, türk və digər xarici ölkə ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinin dərc olunduğu bir jurnalın – “Qobustan”ın fəaliyyətə başlamasının 50 illiyinə həsr edilmiş tədbirə toplaşmışıq. “Qobustan” mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Gəncliyim bu jurnalın çətin fəaliyyəti dövrünə düşüb. Atam bu jurnalın öz fəaliyyətini davam etdirməsi üçün çox əziyyətlər çəkib. Bu yolda onun göstərdiyi dönməz mücadilə mənim də genimə-qanıma sirayət edib. Bu sözləri Bakı Kitab Mərkəzində jurnalın fəaliyyətə başlamasının 50 illiyinə həsr edilmiş tədbirdə qurumun rəhbəri Günel Rzayeva söyləyib.

O bildirib ki, “Qobustan”ın o illərdə qızğın fəaliyyətinin hər bir anı böyük əzm tələb edib.

“Jurnalın yaranma tarixi mənim dünyaya gəlməyimdən öncə olub. Ancaq gəncliyim jurnalın fəaliyyət göstərdiyi qızğın mübarizə vaxtına düşüb. “Qobustan”ın ilk baş redaktoru, Xalq yazıçısı Anarın o vaxt bu nəşrin fəaliyyətinin davam etdirilməsinə sərf etdiyi əmək gözümün önündən heç zaman getmir. O zamanlar, hətta jurnalı bağlamaq da istədilər. Ancaq o vaxtkı ziyalılar onun fəaliyyəti üçün əlindən gələni etdilər. Bu gün “Qobustan” çox yaxşı fəaliyyət göstərir. Bu jurnala hər zaman dövlət tərəfindən dəstək nümayiş edilib, bu gün də onun şahidiyik. Buna görə, ölkə rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, bu toplunun 100 illiyini də qeyd edəcəyik”, - deyə G.Rzayeva söyləyib. “Qobustan” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı vurğulayıb ki, rəhbərlik etdiyi jurnalın günümüzədək gəlib çatmasında Xalq yazıçısı Anarın böyük xidmətləri olub: “Bu jurnalda məndən əvvəl də çalışan insanlar olub, bu 50 ildə onların əməyi, təbii ki, danılmazdı. İndiki qobustançılar da, bu jurnalın yaşamasında müstəsna xidmətlər göstəriblər. Qobustan nə qədər təqib olunsa da, ən əsası odur ki, bu jurnal yaşayır və yaşayacaq. Jurnalın inkişaf və fəaliyyətində Heydər Əliyev Fondunun əməyi də böyükdür. Buna görə, Fondun rəhbərliyinə təşəkkür edirəm”.

Xalq yazıçısı Anar jurnalın keçdiyi tarixi yola nəzər salıb, toplunun yaranma tarixi və fəaliyyətindən söz açıb. Vurğulayıb ki, “Qobustan” jurnalı fəaliyyətə başladığı dövrdən bir necə il sonralaradək çətin, məşəqqətli yol keçib. Ancaq buna baxmayaraq, jurnal o vaxtkı yaradıcı kollektivin xüsusi əməyi ilə inkişaf etdirilib.

“Bu jurnalın bu günədək fəaliyyət göstərməsində ulu öndər Heydər Əliyevin xidmətləri böyük olub. Ömrümün 29 ilini “Qobustan”a sərf etmişəm, sonra Xalq şairi Fikrət Qoca, bu gün isə Vaqif Əlixanlı jurnala rəhbərlik edib. “Qobustan” yaşayıb və yaşayacaq”, - Anar belə deyib.

Xalq yazıçısı Elçin söyləyib ki, “Qobustan” Azərbaycanda ədəbi və mədəni mühitin formalaşmasında xüsusi yeri olan jurnal kimi yaddaşlarda qalıb: “Bu jurnalın ərsəyə gəlməsində bilavasitə iştirak etməmişəm. Ancaq onu deyə bilərəm ki, “Qobustan” o dövrdəki gənc ədiblərin hiss və həyəcanlarını ifadə edirdi. Bu jurnal hamımızın jurnalı idi. “Qobustan” təkcə yazılarımın çap olunduğu üçün mənə əziz deyil, həm də xoş xatirələri yada saldığı üçün sevimlidir. Mənim üçün bu 50 ilin ən əsas cəhəti odur ki, bu jurnal oxucuları ilə hər zaman bir yerdə olub”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, akademik Rafael Hüseynov, akademik Zemfira Səfərova, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları jurnalın Azərbaycanın ədəbi və mədəni həyatındakı əhəmiyyətindən, keçdiyi tarixi inkişaf yolundan söz açıb, fikir və xatirələrini bölüşüblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 223

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...