SOSİAL
A- A A+

Aktauda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

2019-12-25 09:10:37

.

Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ölkəmizin Mangistaudakı baş konsulu vəzifəsini icra edən Elmar Məmmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında oynadığı mühüm roldan, o cümlədən respublikamızın son 28 ildə qazandığı uğurlardan danışıb.

Mangistau vilayəti akiminin müavini Bakıtjan Kaçakov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin xüsusilə son illərdəki inkişafına toxunub, xalqlarımızın eyni kökdən gəldiklərini, milli-mədəni dəyərlərinin, adət-ənənələrinin oxşar olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə azərbaycanlıları təbrik edib.

Sonra yerli konservatoriyanın kvartet simfonik orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və dünya şöhrətli digər bəstəkarların əsərləri ifa olunub. Tədbirdə milli rəqs qrupları “Şadval” və “Nastroyeniye” Azərbaycan və qazax rəqslərini nümayiş etdiriblər. Bundan başqa, “Dostluq” qrupu Azərbaycan xalq musiqisindən nümunələr, qazaxıstanlı müğənni Səid Burxanov isə Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar ifa ediblər.

Sonda Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən milli şirniyyatlar təqdim edilib.

Tədbir boyunca Azərbaycan ilə bağlı videoçarx nümayiş olunub.


Kateqoriya : SOSİAL Baxış sayı : 195

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...