SİYASƏT
A- A A+

Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir

2019-11-20 08:35:32

.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir.

AZƏRTAC xəbər verir ki, bunu hərbi ekspert Abuzər Əbilov türk ordusunun başının Suriyada antiterror əməliyyatlarına qatıldığı bir vaxtda Naxçıvana hücum edərək zəbt etməyin əsl vaxtının olduğu barədə son zamanlar Ermənistan mətbuatında yayılan fikirlərə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ara-sıra absurd bəyanatlar verməklə ictimaiyyətin diqqətini bu ölkədə hökm sürən ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədini güdür. “O ki qaldı, erməni tərəfinin Suriya məsələsindən istifadə edib, Naxçıvana hücum edərək zəbt etməklə bağlı səsləndirdiyi fikirlərə, qeyd etməliyəm ki, əslində, bu, Ermənistan rəhbərliyinin dövlətimizin başçısı İlham Əliyevin dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən ordumuzun Naxçıvan istiqamətində mövqelərinin möhkəmləndirilməsi məsələsinin müzakirəsindən irəli gələn narahatlıqların təzahürüdür.

İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, son zamanlar ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Ordusunun digər bölmələri ilə yanaşı, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu da ən yeni, müasir silah və hərbi texnika ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun sərəncamında olan silahlar Ermənistan, xüsusilə də Yerevan ərazisində olan istənilən dövlət və strateji əhəmiyyətli, o cümlədən hərbi təyinatlı obyektlərin yüksək dəqiqliklə məhv edilməsinə imkan verir. Erməni tərəfi bilməlidir ki, bugünkü Azərbaycan Ordusu nəinki Naxçıvanı müdafiə etməyə, hətta Zəngəzuru və bu gün Ermənistan ərazisində yerləşən digər işğal olunmuş torpaqlarımızı da azad etməyə qadirdir.

Günnüt əməliyyatı zamanı əldə edilən nailiyyətlər bir daha əyani şəkildə sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilər. Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Günnüt əməliyyatından sonra bölmələrimiz bu ölkənin hansı ərazilərinə və strateji əhəmiyyətli magistral xətlərinə nəzarəti ələ keçirib. Bu baxımdan onların narahatlıqları anlaşılandır”, - deyə hərbi ekspert bildirib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 189

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...