SİYASƏT
A- A A+

“Azərbaycanla sərhədin razılaşdırılmamış sahələrində işlərin 70 faizi başa çatdırılıb”

2019-10-18 10:00:04

.

“Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələri üzrə aparılan işlərin təxminən 70 faizi başa çatdırılıb və cəmi 30 faiz həllini gözləyir. Bu 30 faizi də danışıqlar yolu ilə tez bir zamanda başa çatdıracağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani parlamentin “nazir saatı” formatında keçirilən dinləmə zamanı deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyası hər iki tərəfdən aktiv şəkildə fəaliyyət göstərir və məsələnin həlli ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır.

“Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir. İki ölkə arasında heç bir problem olmayıb və olmamalıdır. Bu tamamilə açıq bir mövzudur. Təəssüf ki, SSRİ dövründə bu məsələ dəqiqləşdirilmədiyi üçün, həlli bu gün problemə çevrilib. Amma biz müvafiq komissiyanın tərkibini yeniləmişik və aktiv şəkildə həm Gürcüstan, həm də Azərbaycan tərəfdən işlər aparılır. Bu istiqamətdə müzakirələr davam etdirilir. Bu, bizim üçün önəmli bir mövzudur. Əlimizdən gələni edəcəyik ki, bizim tərəfdaş ölkəmizlə heç bir problem olmasın və bu məsələ öz həllini tapsın”, - deyə gürcü nazir vurğulayıb.

D.Zalkaliani qeyd edib ki, iki ölkə arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur.


Kateqoriya : SİYASƏT Baxış sayı : 296

QHT və MEDİA

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

2020-02-14 09:50:42

QHT və MEDİA
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...

Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqq...

CƏMİYYƏT

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

2020-02-12 09:20:00

CƏMİYYƏT
Azərbaycanın ekoloji risklər xəritəsi ha...
Azərbaycanın ekoloji risklər xəritəsi ha...

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, xəritən...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...