SOSİAL
A- A A+

Gəncədən və Kəlbəcərdən olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınıblar

2019-10-02 08:45:11

.

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Gəncə Şəhər və Kəlbəcər Rayon icra hakimiyyətlərinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Gəncə şəhərindən və Kəlbəcər rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları və çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini yad ediblər.

Şəhər rəhbərliyinin, SHXÇDX-nin Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrinin, Kəlbəcər rayon bölməsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Heydər Əliyev parkındakı Amfiteatrda keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni ifa edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Bildirib ki, ölkəmizin vətənpərvər gəncliyi torpaqlarımızın müdafiəsinə daim hazırdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən, hərbi sahədə həyata keçirilən islahatlardan, qazanılmış nailiyyətlərdən danışıb. Bildirib ki, artıq Azərbaycanın güclü və qüdrətli ordusu var. Müasir hərbi texnika, silah-sursatla təmin olunmuş, döyüş ruhu yüksək olan Azərbaycan Silahlı Qüvvələri respublikamızın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Y.Mirzəyev ölkəmizdə hərbi sahədə aparılan islahatların tərkib hissəsi olaraq yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, müddətli həqiqi hərbi xidmətə hazırlanması və onların hərbi xidmətə çağırışa cəlb olunmasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar diləyib. Vurğulayıb ki, hər birimiz hər an Vətənin müdafiəsinə hazır olmalıyıq. Gənclərimiz Azərbaycan əsgəri kimi müqəddəs adı yüksəkdə tutmalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün nəzəri və praktiki hərbi biliklərə yiyələnməlidir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan qədim Gəncədə gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşmələrinin xalqımızın ordusuna olan inamını ifadə etdiyini diqqətə çatdırıb.

Çağırışçılar adından danışan Hacıalı Hacıyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi şərəfli bir missiyanı layiqincə yerinə yetirəcəklərinə söz verib.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Dram Teatrının aktyorları, bədii qiraət ustaları tərəfindən vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim olunub, Şəmistan Əlizamanlının və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilib.

Vətəndaşların kütləvi iştirakı ilə yadda qalan tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 92

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...