SİYASƏT
A- A A+

Aydın Hüseynov: Paşinyan diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir

2019-08-30 07:05:29

.

“Qarabağ Ermənistandır, vəssalam” çağırışı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistanın baş naziri Nikol Paşinyan bu təxribatçı və destruktiv açıqlamalarla regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur. O, diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il müddətində heç bir ciddi bir iş görə bilmədiyi üçün erməni cəmiyyətini “xarici düşmən təhlükəsi” ətrafında birləşdirməyə çalışır. Dağlıq Qarabağ probleminə görə çıxılmaz vəziyyətə düşmüş N.Paşinyan Ermənistanda çürük və yalanlarla dolu anti-Azərbaycan təbliğat maşınını gücləndirir.

Milli Məclisin deputatı qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmır. Minsk qrupu yalnız radikal hərəkətləri təxirə salmaq üçün danışdıqları bir platforma halına gətirib. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.

Deputat vurğulayıb ki, Paşinyanın bu açıqlamaları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bu küçə siyasətçisinin cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir.

Aydın Hüseynov qeyd edib ki, Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq və “vəssalam” sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək. Sadəcə, “Qarabağ Azərbaycanındır” sözünün sonunda Ermənistanın bir dövlət kimi mövcudluğunu da şübhə altına alacaq bir neçə nida işarəsi də ola bilər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 326

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...