CƏMİYYƏT
A- A A+

Leyla Əliyeva: həyatın anları

2019-07-03 10:40:36

Yubiley həmişə geriyə boylanıb keçdiyin yola nəzər salmaq imkanıdır. Leyla Əliyevanın keçdiyi yol isə heyranlıq hissi doğurur. Bu kövrək qadının ölkəsi üçün gördükləri işlər o qədər çoxdur ki, başqalarının bu işləri görməsinə bəlkə də bir əsr də kifayət etməz.

Onun macal tapıb bu qədər işin öhdəsindən gəlməsi, sadəcə, inanılmazdır: Azərbaycanın zəngin mənəvi dünyasını, misilsiz incəsənətini bütün dünyaya tanıdan möhtəşəm humanitar layihələr, irimiqyaslı xeyriyyəçilik fəaliyyəti, ölkənin təbii müxtəlifliyini qoruyub saxlamağa, nəsli kəsilməkdə olan heyvanların mühafizəsinə imkan verən ekoloji layihələr. Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası dünyanın diqqətini Azərbaycanın sağalmayan yarasına cəlb edib. Həmin kampaniya nəticəsində bu faciə bir sıra ölkələrdə soyqırımı kimi tanınıb. Bütün bu təşəbbüslərin və işlərin beyin mərkəzi və əsas hərəkətverici qüvvəsi isə Leyla Əliyeva olub.

Deyirlər ki, istedadlı insan hər sahədə istedadlıdır. Leyla Əliyeva nümunəsi bunu tam təsdiq edir. O, şair və rəssam ruhlu insandır. Şeirləri və rəsmləri onun fitri istedadından xəbər verir. Gənclərin lideridir, Azərbaycanda müasir nəslin simasını bir çox cəhətdən formalaşdıran liderdir, ölkəsini sonsuz məhəbbətlə sevən və bunu sözdə deyil, konkret işləri ilə sübuta yetirən şəxsiyyət, gözəl övlad və anadır... Bütün bu sözlər yalnız bir insan – Leyla Əliyeva haqqındadır.

AZƏRTAC-ın təqdim etdiyi fotoşəkillərdə Leyla Əliyevanın həyatının, onun çoxşaxəli, sözün əsl mənasında, fədakar fəaliyyətinin ayrı-ayrı məqamları əks olunub.

Leyla xanımı ad günü münasibətilə təbrik edir, ona sevinc dolu günlər arzu edirik!


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 321

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...