SİYASƏT
A- A A+

Tural Gəncəliyev: Qondarma rejim Dağlıq Qarabağın erməni icmasını da əsarət altında saxlamaqda davam edir

2019-06-09 08:55:11

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər nazirliyi”nin şərhi ilə bağlı bəyanatla çıxış edib. Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bəyanatda deyilir: “Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər nazirliyi” ermənilərə qarşı ölkəmizdə guya ksenofobiyanın aşılanması və dünya erməniliyinin düşmən kimi təqdim edilməsi ilə bağlı yenidən cəfəng və əsassız iddialar irəli sürüb. Qondarma rejim UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununa toxunaraq, “Arsenal” klubunun erməni futbolçusu Mxitaryan və erməni azarkeşlərin Bakıya gələ bilməməsini bu məsələ ilə əlaqələndirməyə cəhd edib.

Avropanın əsas futbol qurumu olan UEFA-nın prinsiplərinə zidd olaraq mötəbər idman yarışını siyasiləşdirməklə qarşı tərəf yenidən özünü ifşa edib.

Erməni və ya erməni əsilli idmançılar Azərbaycanda keçirilən mötəbər idman yarışlarında dəfələrlə iştirak ediblər. Hətta erməni parlamentarilər və digər erməni nümayəndə heyətləri ölkəmizə səfərlər edib və heç bir problemlə üzləşməyiblər.

Ermənistan anlamır ki, problemin kökündə duran əsas məsələ onun Azərbaycana qarşı davam etdirdiyi hərbi işğal və təcavüz siyasətidir. Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük soyqırımını törədən, yüzlərlə dinc sakini, qadın, uşaq və qocaları qətl edən Ermənistan tərəfi törətdiyi dəhşətləri unudaraq futbol yarışı ətrafında ucuz şou düzəltməklə ifşa olunduğunu anlamırmı?! Azərbaycanlı dinc əhaliyə qarşı Xocalı soyqırımını törədən Ermənistan hansı əsasla ölkəmizi ermənilərə qarşı ksenofobiya aşılamaqda ittiham edir?!

Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində bilavasitə irqi ayrı-seçkilik, etnik təmizləmə və diskriminasiya qurbanı olaraq qondarma qurumun diqqətinə çatdırıram ki, Azərbaycanda guya ermənilərə qarşı ksenofobiyanın aşılanmasını iddia etməzdən öncə qarşı tərəf monoetnik Ermənistan ilə müxtəlif etnik azlıqların, o cümlədən on minlərlə erməninin azad və firavan şəkildə yaşadığı ölkəmiz arasında olan fərqi düzgün dərk etməyə çalışsın. Bunu görmək üçün “silahlanmış gözə” malik olmağa ehtiyac yoxdur, sadə statistik rəqəmləri və digər göstəriciləri müqayisə etmək kifayət edər.

Azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində məhz Ermənistanda təbliğ olunur və bunun nəticəsidir ki, azərbaycanlılar 30 ilə yaxındır ki, etnik təmizləməyə məruz qaldıqları torpaqlarına qayıda bilmirlər.

Qondarma rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını da əsarət altında saxlamaqda davam edir. Onlar anlamalıdır ki, bölgənin, ilk növbədə, Ermənistanın gələcək inkişafı işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasından asılıdır.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı güc tətbiqi, etnik təmizləmə, ümumiyyətlə, işğaldan irəli gələn nəticələrin legitimliyini heç vaxt tanımayacaq. Bu mövqe sonuncu dəfə öz ifadəsini Fransanın Serji-Pontuaz şəhər məhkəməsinin qərarında tapıb. Sözügedən məhkəmə bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış “saziş”in ləğvinə dair qərar verərək, onun qanunsuz olduğunu, hüquqi qüvvəyə malik olmadığını və Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Bir daha bəyan edirəm ki, münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri qayıtması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 203

QHT və MEDİA

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...