QHT və MEDİA
A- A A+

Azərbaycanla ISESCO arasında birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb

2019-03-16 12:40:45

Mədəniyyət naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşüb

Görüşdə Azərbaycanla ISESCO əlaqələri, həmçinin birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb. Nazir Əbülfəs Qarayev Azərbaycanla ISESCO arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu il oktyabrın 13-15-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci il noyabrın 23-27-də ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər buna bariz nümunədir.

Nazir ISESCO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının əsas tərəfdaşı olduğunu, cari ilin mayın 2-3-də Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun 2 panel sessiyasının keçiriləcəyini bildirib. Əbdüləziz Osman Əl-Tüveycri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan və ISESCO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Prezidenti ilə görüşü zamanı əməkdaşlığın vəziyyəti barədə dövlət başçısına məlumat verib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 716

QHT və MEDİA

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

2020-08-06 08:55:22

QHT və MEDİA
Şura qrant müsabiqələrinin nəticələrini ...
Şura qrant müsabiqələrinin nəticələrini ...

İclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nətic...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...