SİYASƏT
A- A A+

Avropa Şurasında Azərbaycandakı azad internet mühitindən bəhs edilib

2019-01-24 09:10:24

.

Jurnalistikanın və mətbuat işçilərinin ən müxtəlif problemləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin daimi diqqətindədir və davam edən qış sessiyasında da gündəlikdə bu komitənin təqdim etdiyi 3 mühüm məruzə yer alıb. Komitənin sessiyası çərçivəsində keçirilən növbəti toplantısında müzakirəyə çıxarılan “İnternet və insan hüquqları” məruzəsi də getdikcə həyatımızda daha artıq yer tutan vacib mövzuya həsr edilmişdi.

Komitə müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov uzun illərdən bəri mətbuatla bilavasitə bağlı olduğunu, həm Azərbaycan kütləvi informasiya vasitələrində, həm də beynəlxalq radiolarda çalışdığını söyləyərək müqayisələr aparmaq imkanının olduğunu bildirib.

“Azərbaycanın 2000-ci illərin əvvəlləri ilə indiki mətbuat həyatını, internet şəbəkəsinin, sosial medianın həmin dövrdəki və indiki mənzərəsini tutuşduranda, sözün birbaşa mənasında, çox da böyük olmayan zaman kəsiyində sıçrayışlı irəliləyişlərə nail olunduğunu görürük”, – deyə R. Hüseynov qeyd edib. Bu inkişafla bağlı faktları sadalayaraq, bu inkişafın yalnız artan rəqəmlərdə deyil, keyfiyyətdə də ifadə olunduğunu, Azərbaycan əhalisinin əksəriyyətinin sosial şəbəkənin fəal istifadəçiləri olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanda kifayət qədər münbit media mühiti var. Azad internet mühitinin olması bunun ən bariz göstəricilərindəndir. İnternet istənilən anda istənilən yazını, istənilən fikri sosial şəbəkəyə çıxarmağa, paylaşmağa imkan verir. Sosial şəbəkə isə ən iti sürətli radio, televiziya, qəzet, informasiya agentliyi deməkdir. Azərbaycanda bu gün 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet var, 100-ə yaxın jurnal nəşr olunur. Eləcə də bölgələrdə 120-yə yaxın qəzet çıxır, 20 informasiya agentliyi, 23 mətbuat yayımı müəssisəsi mövcuddur”, - deyə deputat bildirib.

Qeyd olunub ki, Azərbaycanda ölkə üzrə 11 telekanal fəaliyyət göstərir, 4 peyk televiziyası, 13 region, 17 kabel televiziyası, 2 internet televiziyası, 1 radio işləyir. Azərbaycanda bu gün 3 milyondan çox insan sosial şəbəkədən istifadə edir ki, bunların 1 milyon 800 mini Facebook-un payına düşür. Azərbaycanda 40 internet provayderi var, internet trafikinin giriş-çıxışının həcmi 200 GB-dır. Azərbaycandan kütləvi informasiya mühitinin qısa statistik mənzərəsi belədir və əhalisi 10 milyon olan bir ölkə üçün bu rəqəmlər qənaətbəxş hesab edilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 354

QHT və MEDİA

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...