QHT və MEDİA
A- A A+

Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in məqsəd və prinsiplərini dəstəkləyir

2019-01-18 16:05:33

.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstəkləyir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı təşkilatın Pekindəki mənzil qərargahında ŞƏT-in yeni baş katibi Vladimir Norov ilə görüşündə deyib.

Səfir Ə.Zeynallı ölkəmizin təşkilat yanında Dialoq üzrə tərəfdaş statusuna malik olmasına baxmayaraq, ŞƏT-in müxtəlif platformalarda keçirilən beynəlxalq konfrans və seminarlarda yüksək səviyyədə təmsil olunmasını, xüsusilə mədəni-humanitar sahələrdə fəal iştirakını diqqətə çatdırıb. Bu xüsusda ötən ilin mayında ŞƏT-in mənzil qərargahında Heydər Əliyev Fondunun və səfirliyin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti gününün keçirildiyini xatırladıb. Diplomat ötən il ölkəmizdə keçirilən prezident seçkilərində ilk dəfə ŞƏT-in nümayəndə heyətinin müşahidəçi qismində iştirakını və Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini yada salıb.

Səfir Ə.Zeynallı Azərbaycanın təşkilat yanında statusunun Dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

ŞƏT-in baş katibi Vladimir Norov təşkilat ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafının, ölkəmizin ŞƏT çərçivəsində keçirilən müxtəlif mövzulu və formatlı tədbirlərdə fəal və yüksək səviyyəli iştirakının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Bu cür fəallığın nümunə ola biləcəyini vurğulayan V.Norov əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümid etdiyini bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 234

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...