CƏMİYYƏT
A- A A+

“Kommersant”: Moskvada Paşinyan haqqında etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb

2019-01-10 10:10:39

Nüfuzlu “Kommersant” qəzetində dərc olunmuş və 2019-cu ildə Rusiyanın yaxın qonşuları ilə münasibətlərinə dair proqnozların yer aldığı məqalənin müəllifi yazır ki, “Moskvada hər bir anlaşılmaz addımın gözlənildiyi cənab Paşinyan haqqında tam olaraq etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb”

Məqalə müəllifi qeyd edir ki, ötən il Ermənistan və Belarusun liderləri Nikol Paşinyan və Aleksandr Lukaşenko KTMT-də baş katib vəzifəsini kimin tutacağı ilə bağlı razılığa gələ bilməyiblər. Qəzet yazır: “Kadr məsələsini hətta RF Prezidenti Vladimir Putinin və Nikol Paşinyanın dekabrın 27-də keçirilən görüşündən sonra da həll etmək mümkün olmayıb. KTMT-nin yeni baş katibinin təyinatı üzrə məsələnin 2019-cu ilə daşınması ilə bağlı problemdən sonra Moskvada hər bir anlaşılmaz addımın gözlənildiyi cənab Paşinyan haqqında tam olaraq etibar edilməsi mümkün olmayan tərəfdaş imici formalaşıb”. Ermənistan üzrə ixtisaslaşmış dövlət məmurlarından biri “Kommersant”ın müxbiri ilə söhbətində erməni lideri belə xarakterizə edib: “O, nə sistemə aiddir, nə də dövlət xadimidir, çoxlu qalmaqal yaradıb və dövlətlərarası münasibətlərə bazar elementi gətirir. Ermənistanda formalaşan şəxsi hakimiyyət də narahatlıq yaradır, çünki Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən fərqli olaraq, Paşinyanın nə edəcəyi bilinmir. Cənab V.Putinin Nikol Paşinyanın qatı düşməni Robert Koçaryana göndərdiyi Yeni il təbriki münasibətlərin gərgin olduğunu göstərdi. Rusiyalı lider həbsdə olan erməni dostuna “cansağlığı, mətanət və ruh yüksəkliyi” arzuladı”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 125

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...