SOSİAL
A- A A+

Qarabağ atlarının Londondakı çıxışı

2018-12-22 20:35:10

Böyük Britaniyanın paytaxtı Londonda 111 illik tarixə malik "Olimpiya London Beynəlxalq Atçılıq Şousu” təşkil edilib

Fact-info.az “Report”a istinadən xəbər verir ki, dekabr ayının 17-dən 23-dək davam edən şouda Azərbaycan təmsilçiləri də iştirak edib.

Azər Həmzəyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində çıxışları "BBS red button” telekanalında canlı nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas mövzusuna çevrilib.

Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən "Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda 7 mindən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə izlədiyi "Od¬lar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqram hər kəsin marağına səbəb olub.

Tədbirin rəsmi internet səhifəsi olan "www.olimpiahor¬seshow.com” saytında Azərbaycan atçılarının "Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou proqramı təqdim olunub. Qeyd edək ki, 2018-ci ilin may ayında keçirilmiş bu cür sonuncu tədbirdə Böyük Britaniya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cinslərinin tanıdılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın əzəli və ayrılmaz hissəsi olmasının düşüncələrə həkk edilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.


Kateqoriya : SOSİAL Baxış sayı : 576

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...