QHT və MEDİA
A- A A+

Berlin Humboldt Universitetində Azərbaycana dair kitabların təqdimatı olub

2018-12-19 10:05:08

Humboldt Universiteti tərəfindən Azərbaycana dair bu il alman dilində çapdan buraxılmış bir neçə kitabın təqdimatı keçirilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasında təşkil olunan tədbirdə - “Azərbaycan Demokratik Respublikası sənədlərdə (1918-1920)”, “Qarabağın müsəlman elitası tarixi təlatümlər və modernləşmə içərisində (1840-1950)”, “Almanlar Cənubi Qafqazın multikulturoloji mühitində” və “Sərhədsizləşmə: Almanlar Vürttemberq ilə Qafqaz arasında vətən axtarışında” kitabları tədqiqatçı alimlərə, tələbə və doktorantlara, o cümlədən ictimaiyyəti nümayəndələrinə təqdim olunub.

Adları qeyd edilən kitabların hamısı Humboldt Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının əməkdaşları tərəfindən çapa hazırlanıb. Tədbirin birinci hissəsində kafedranın müdiri, professor Eva-Maria Aux təqdim olunan kitablar haqqında geniş məlumat verib. Qeyd edib ki, bu yeni nəşrlər alman dilli ölkələrdə Azərbaycanla bağlı məlumatların artmasına, o cümlədən Alman-Azərbaycan münasibətləri tarixinin mühüm səhifələrinin geniş surətdə işıqlandırılmasına xidmət edəcəkdir. Sonra qeyd olunan nasirlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən də Azərbaycan Demokratik Respublikası, onun yaranmasının tarixi şəraiti və şərtləri ilə əlaqədar müzakirələr tədbir iştiraklıları arasında böyük marağa səbəb olub.

Tədbirdə kitabların həmmüəllifləridən biri olan həmyerlimiz, Humboldt Universitetinin dosenti Rasim Mirzəyev Azərbaycan Demokratik Respublikası haqqında bir sıra tarixi bilgiləri iştirakçılarla bölüşüb. Sonda söz Bakıdan gələn qonaqlara - Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələrinə verilib. Agentliyin rəhbəri Seymur Fətəliyev maraqlı elmi nəşrlərə görə Humboldt Universitetinin əməkdaşlarına öz təşəkkürünü bildirdi. AIDA-nın şöbə müdiri Eltay Aslanov Fondun beynəlxalq miqyasda fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 534

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...