MƏDƏNİ
A- A A+

Əsrarəngiz Azərbaycan musiqisi Benbu şəhərində

2018-12-04 10:00:52

Çin Xalq Respublikasının Anxoy vilayətinin Benbu şəhərində 2-ci Çin ticarət və mədəni mübadilə beynəlxalq forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi keçirilib

Müxtəlif xalqlar arasında mədəni mübadilənin gücləndirilməsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə dəstək məqsədi daşıyan hər iki tədbirdə 40-a yaxın ölkə təmsil olunub. Azərbaycan tədbirdə xüsusi qonaq qismində iştirak edib. Açılış mərasimində çıxış edən Benbu meri Van Çen tədbirlərin müxtəlif xalqlar arasında əməli və səmərəli əməkdaşlıq platformasının yaradılması, birgə gələcək üçün səylərin cəmləşdirilməsi məqsədi daşıdığını deyib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu deyib. Şərq ilə qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixən təkcə ticarət deyil, həm də mədəniyyət körpüsü rolunu oynayıb. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün iqtisadi sahə ilə yanaşı, humanitar və mədəni istiqamətdə də əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran səfir Ə.Zeynallı bildirib ki, Azərbaycan bu layihə çərçivəsində müxtəlif formatlarda əməkdaşlığa töhfə verməyə hazırdır.

Azərbaycan xalqının uzun əsrlər boyunca yaratdığı zəngin mədəniyyət nümunələri barədə məlumat verən diplomat ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qobustan Milli Tarix-Bədii qoruqları UNESCO-nun Mədəni İrsi Siyahısına, xalçaçılıq, aşıq, kəlağayı, kamança hazırlanması və ifaçılıq, Lahıc misgərlik sənətləri, lavaş bişirmə və paylaşma ənənəsi, dolma hazırlama və paylaşma ənənəsi, muğam və tar ifaçılığı, Novruz bayramı təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Həmçinin Qarabağın Çövkən ənənəvi atüstü oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısındadır. Bu yaxınlarda isə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə Təcili qorunma siyahısına daxil edilib.

Azərbaycan-Çin münasibətlərinin inkişafında mədəni sahədə əməkdaşlığın rolunu vurğulayan səfir Ə.Zeynallı Çindən olan turistlərin zəngin mədəni irsi və gözəl təbiəti olan Azərbaycana səfərlərinin iki xalq arasında mübadilənin dərinləşməsinə töhfə verəcəyini deyib. Çin vətəndaşları üçün tətbiq olunan sadələşdirilmiş viza rejimi, Pekin və Urumçi şəhərləri ilə Bakı arasında birbaşa aviasiya əlaqəsi çinli turistlərin Azərbaycan daha rahat səfər etmələrinə imkan yaradır. Bu cür səfərlər iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Təbirdə Azərbaycana aid videoçarxlar nümayiş olunub. Beynəlxalq forum və sərgi çərçivəsində “Əsrarəngiz Azərbaycan musiqisi Benbuda” adlı konsert təşkil edilib. Konsertdə ölkəmiz və onun mədəniyyəti, musiqisi haqqında məlumat verilib. Bildirilib ki, bir çox dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dünya mədəniyyətinə, o cümlədən incəsənətinə, ədəbiyyatına böyük töhfələr verib. Özünəməxsus mədəni irs yaradan Azərbaycan xalqı opera və teatr daxil olmaqla müsəlman Şərqində bir çox yeniliklərə imza atıb.

Konsertdə Əməkdar Artist Toğrul Əsədullayev (kamança), gənc musiqiçilər Günay İmamverdiyeva (xanəndə), Kamal Nuriyev (tar) və Emin Cəbrayılovun (nağara) ifasında Azərbaycan muğamları, təsniflər, xalq mahnıları səsləndirilib. Azərbaycan musiqisinə böyük maraq göstərən qonaqlar musiqimizin sədaları altında rəqs də ediblər. Tarda Çin xalq və Avropa klassik musiqisindən parçaların ifası isə tədbir iştirakçılarının təəccübünə və heyrətinə səbəb olub. Tədbirin əsas təşkilatçılarından biri, Benbu şəhərində dünya əhəmiyyətli mədəni layihələrdən biri olan “Mədəniyyət sərgisi parkı”nı inşa edən “Shanghai Xiangjiang” sənaye şirkətinin rəhbəri Ma Quosian sərgi-forumda fəal iştiraka görə Azərbaycan tərəfinə minnətdarlıq edib, musiqiçilərimizin çıxışlarının tədbirə xüsusi rəngarənglik qatdığını deyib.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 162

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...