2018-10-16 21:05:35 | AKTUAL
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib

Toplantıda ilk olaraq Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, cənab prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunması sahəsində konsaldasiyasının gücləndirilməsi ilə bağlı siyasi iradəsinin təzahürüdür.

F. Qurbanov bildirib ki, Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər indiyədək müxtəlif ölkələrdə yüzlərlə layihə həyata keçirib: “Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı haqqında həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”. Katibliyin icraçı direktoru bildirib ki, ötən 10 ildə Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan ciddi addımlar hazırda da uğurla davam etdirilir.

Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərin qorunmasına və QHT-lərə göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə ictimai sektor adından dərin minnətdarlığını bildirib.

Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rəhbərlik etdiyi rayonda QHT-lərlə qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən və ictimai təşkilatların fəaliyyətinin əhəmiyyətindən danışıb. A. Məmmədov Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qətiyyətlə qorunması işində yaxından iştirak etdiyini vurğulayıb. İcra başçısı Şuranın fəaliyyətinin 10 illiyi münasibətilə bütün ictimai sektoru təbrik edərək uğurlar arzulayıb. Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.

Baxış sayı : 875
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42