CƏMİYYƏT
A- A A+

Parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi

2018-09-17 09:30:12

Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyabr tarixinin qardaş ölkələr üçün böyük əhəmiyyətinin təsdiqi olmaqla, həmin tarixi qələbəni bizlərə ərməğan etmiş şanlı Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığın ifadəsi idi. 1918-ci il sentyabrın 15-də ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçilərinin rəşadəti nəsillərə nümunədir.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib. Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlər öz sələflərinin igidlik, mərdlik yolunu inamla davam etdirirlər. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq, qardaşlıq duyğularından doğan coşqu onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Öz ordusu ilə haqlı olaraq qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Azərbaycan əsgərinin Ermənistanın işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qayğısı və diqqəti ilə güclənən, döyüş qabiliyyəti artan Ordumuzun son iki ildəki uğurları bunun birmənalı təsdiqidir.

“Yüksək səviyyədə hazırlanaraq keçirilən parad həm də Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu”, - deyə ehtiyatda olan polkovnik bildirib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 622

QHT və MEDİA

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...