2018-07-01 15:35:34 | CƏMİYYƏT
Laçınlılar yurdlarına qayıtmağa tələsirlər...

.

İllər keçdikcə yurd yerləri yaddan çıxmırmış, yurd yerlərinə qayıtmaq həvəsi daha da güçlənirmiş. “Qaçqınam” deyib Bakıda və digər regionlarda rahat evlərdə yaşamaq və ya Dövlətin yaratdığı şəraitə sığınıb yurd yerlərinə qayıtmamaq hissi Laçınlılara yad olub. İstər sosial şəbəkələrdə, mətbuatda informasiya agentliklərinə verdikləri yazılarda, müsahibələrdə Laçınlı düşüncəsini yalnız bir şey məşğul edir... doğma yurda qayıtmaq.

Laçınlılar Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsini gözləmədən beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət edərək, Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsini, onların öz yurdlarına dınmələrinə şərait yaradılmasını tələb edirlər.

Beləki, Laçın rayon sakinləri, Elxan və Adışirin Çıraqovlar , Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılov (bu şəxs vəfat etmişdir). Bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci il aprelin 6-da şikayət ərizəsi ilə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) müraciət ediblər.

Bu şikayət ərizəsi 2010-cu ilin martın 9-da Məhkəmənin Böyük Palatasına göndərilmiş və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirmişdi. 2011-ci ilin dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab etmiş və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd etmişdi. Böyük Palatanın növbəti məhkəmə prosesi 2014-cü ilin 22 yanvar tarixində keçirilmişdi. 11Dekabr 2017-ci il tarixdə isə Strasburqda son Məhkəmə prosesi keçirilib. Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Azərbaycandan Hakim Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib. Strasburq məhkəməsi şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib.

Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. Məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və kompensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatan iddia mexanizmlərinin yaradılmasının vacib olduğunu bildirib.

Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır.

Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.

Azərbaycanlı məcburi köçkünlərin iddialarını isə Azərbaycan Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə ediblər.

Məhkəmədə qaçqınların xeyrinə müsbət qərar qəbul edilsədə, qərarın icraata yönəldilməsi dalana dirənib. BMT-də Ermənistanın işğalçq siyasətini ifşa edən 4 qətnamə kimi.

Yorulub daha artıq bu insanlar nə vaxtsa ədalətli bir qərarın qəbul edilməsini. Hər bir Laçınlı belə düşünür:

“Yorulmuşam... öyrənməkdən,

millətlərə bərabər şəkildə tətbiq edilməyən Beynəlxalq İnsan Hüquqlarını... Yorulmuşam... dinləməkdən,

güclü dövlətlərdən olan natiqlərin “haqq” “ədalət” barədə uydurduqları insan haqlarını...

Yorulmuşm... görməkdən,

haqdan danışanların haqsızlığını, ədaləydən danışanların ədalətsizliyini... Amma bir vaxt...

Zamanı gəlincə Beynəlxalq Millətlər Təşkilatının tribunasına qalxıb,

onların özlərinin qəbul edib, icrata yönəldə bilmədikləri

dörd qətnaməni başım üzərinə qaldırıb..,

qışqıracam, eşidin!.. Ey Cənablar!.. Mən, məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, Azərbaycan vətəndaşı,

Illərdir, qaçqın düşərgəsinin yöndəmsiz, dar pəncərəsindən boylanıb,

Öz yurdumun gözəlliyinə baxıram”.

Beynəlxaq hüququn işləmədiyi bir regionda yurda qayıtmağın yalnız bir çarəsi qalır. Azərbaycan Ali Baş Komandanının işğal altındakı torpaqların hərbi yolla terrorçulardan təmizlənməsi haqqında əmri... Bu əmri hər bir Laçınlı necədə acgözlüklə gözləyir...

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri;

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı;

Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti

Baxış sayı : 1645
Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59 Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur 2020-11-22 08:55:51 Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə” 2020-11-22 08:35:01 Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı 2020-11-21 22:05:48 Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər 2020-11-21 09:35:44 “Xristian irsimizi tanıyaq”: Çotari Alban-Udi kilsəsi 2020-11-21 09:05:54 Azərbaycan Bayrağı Ağdamda dalğalanır 2020-11-21 08:40:33 Şoyqu Qarabağda yaradılacaq monitorinq mərkəzi haqqında danışdı 2020-11-21 08:40:18 Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-11-20 12:30:19 Aztəminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi göstərilib 2020-11-20 11:30:22