SOSİAL
A- A A+

QHT Şimal bölgəsində tədbirlərini davam etdirib

2018-05-21 19:40:17

.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Quba və Xaçmaz Peşə Liseyində tədbir keçirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator , Daxili İşlər Nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə quruldugunu bildirib.

O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova qeyd edib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcək Həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis mayoru Rafiq Məmmədov və Quba Peşə Liseyin direktoru Baxışov Hüseynağa , Xaçmaz Peşə Liseyin direktoru Abbasqulu Məstəliyev və təhsil üzrə ekspert, psixoloq Nuranə Şıxəliyeva çıxışlarında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanlar özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib və bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib. İnsan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat verib.

Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 577

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...