SOSİAL
A- A A+

“Erməniçilik müasir dövrün böyük problemi kimi”

2018-04-13 22:30:37

Professor Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabının təqdimat mərasimi keçirilib

Məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, ziyalılar, tarixçilər iştirak edib. Millət vəkili, professor Musa Qasımlı Aygün Attarın pedaqoq və ziyalı kimi Türkiyədəki fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, müəllif Türkiyədə Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixinin təbliği üçün böyük işlər aparıb: “Təqdim olunan “Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabı sanballı tarixi əsərdir. Bu kitab Aygün Attarın üç cəhətini özündə birləşdirir: siyasi mövqe, təhsil təşkilatçısı və arxivçi-tarixçi. Kitab zəngin arxiv materialları əsasında yazılıb. Əsərdə 1917-ci ildə çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar, XX əsrin əvvəllərində Anadolu bölgəsində erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlər, hazırda ölkəmizdə qarşı davam etdirilən işğalçılıq siyasəti və digər məsələlərdən bəhs edir”.

Professor Elçin Əhmədov əsərin erməni təxribatları və işğalçılıq siyasətinin sistemli təhlili haqqında olduğunu deyib: “Bu kitab mart soyqırımı ərəfəsində Türkiyədə çap olunub və sevindirici haldır ki, tirajı bitib. Kitabın təkrar çapı üçün hazırlıq işləri görülür. Əsərdə ermənilərin həyata keçirdiyi qəddarlıqlar elmi mənbələrlə göstərilir. Bu dəyərli nəşrin ən mühüm keyfiyyəti odur ki, xarici mənbələrdən istifadə edilib. Arxiv materialları əsasında ermənilərin iç üzü, işğalçılıq və düşmənçilik siyasəti sübut edilib. Eyni zamanda, Xocalı soyqırımı, 20 Yanvar hadisələrinə gətirən səbəblər araşdırılır. Kitab Azərbaycan həqiqətlərinin istər Türkiyə ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

Professorlar Rəna Mirzəzadə və Qasım Hacıyev, millət vəkilləri Aqil Abbas, Adil Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və başqaları kitabı gərəkli sənədlər toplusu kimi xarakterizə ediblər.

Çıxış edənlər əlavə ediblər ki, ümumilikdə “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün dəyərli siyasi-tarixi kitabdır və müxtəlif dillərə tərcümə edilərək yayılması vacibdir. (APA)


Kateqoriya : SOSİAL Baxış sayı : 171

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...