SİYASƏT
A- A A+

Kapitan Rüfət Dəmirov: Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

2018-04-09 09:50:40

Aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsi idi desək yanılmarıq. Bəzən bu döyüşləri Qarabağ müharibəsində dönüş nöqtəsi də hesab edirlər

Bu döyüş sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı kapitan Rüfət Dəmirov bildirib. Rüfət Dəmirov deyib: “Aprelin 2-də təmas xəttində təxribata əl atan düşmən mövqelərimizi iriçaplı silahlardan atəşə tutaraq hərbi üstünlük əldə etməyə çalışdı. Lakin düşmən Azərbaycan Ordusunun hissələrinin onların planlarından xəbərdar olduğunu unudurdu. Düşmən unudurdu ki, Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov kimi oğulları olan orduya qalib gəlmək mümkün deyil. Minlərlə vətəndaşımız ruhən Azərbaycan əsgərinin yanında idi və torpaqlarımızın işğaldan azad olunmasında şəxsən iştirak etmək istəyirdi. Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxminən saat 4 radələrində hücuma keçdi. Komandanlıqdan əmr gəldi ki, düşmən yenə də ön cəbhədə təxribat törədib. Hücumun qarşısı alınmalıdır. Səhər saat 04:50-də bölüyün döyüşçüləri düşmənin illərlə əlində saxladığı postu vurub keçdilər. Torpaq əsgərlərə güc verirdi. İrəlilədikcə əsgərlərdə döyüş ruhu yüksəlirdi. Yaddaşımda iz buraxan an Lələtəpədə bayrağımızın dalğalandığını gördüyüm andır. Qələbədən sonra şəxsi heyətimizin yaşadığı sevinc anını sözlə ifadə etmək çətindir. Lələtəpədə dalğalanan bayrağımızı görəndə qeyri-ixtiyari diz çökdüm. Özümü o ucalıqda hiss etdim. Məndə əminlik yarandı ki, Lələtəpədə dalğalanan bayrağın növbəti ünvanı Şuşa, Xankəndi olacaq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 193

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...