QHT və MEDİA
A- A A+

Küveytin “Əl-Cəridə” qəzeti: Azərbaycan fərqli və möhtəşəm ölkədir

2018-03-12 08:30:19

.

Küveytin geniş oxucu auditoriyasına malik gündəlik “Əl-Cəridə” qəzetinin 10 mart tarixli nömrəsində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin “Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqaləsi dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib. Müəllif yazır ki, o, Azərbaycana getməzdən əvvəl Gürcüstan, Qırğızıstan, Bosniya və Herseqovina kimi oxşar iqlimi olan ölkələrə səyahət edib. Lakin Azərbaycanın gözəlliyinə və bu ölkənin memarlığına bənzər bir ölkə görə bilməyib. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xeyli inkişaf edib. “Ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Küveyt Dövlətindəki səfirliyinin dəvəti ilə Küveyt Universitetinin nümayəndə heyətinin tərkibində Bakı şəhərində səfərdə oldum. Biz yüksək səviyyədə qarşılandıq və gözəl qonaqpərvərliyin şahidi olduq. Səfərimizin ertəsi günü biz Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdik. Sonra Heydər Əliyev Mərkəzində olduq. Burada Azərbaycan tarixinin bütün dövrlərini, inkişafını, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar, habelə çoxlu sayda əntiq əşyalar və Ümummilli Liderin klassik avtomobilləri ilə tanış olduq”, - deyə müəllif qeyd edir.

Omar Əl-Həbib səfər zamanı Azərbaycan Xalça Muzeyini də ziyarət etdiklərini, bu ölkənin tarixən özünün gözəl həndəsi ornamentlərlə bəzədilmiş xalçaları ilə məşhur olduğunu bildirir. O yazır: “Sonra Bakıdan iki saat yarım aralıda yerləşən qədim tarixə malik İsmayıllı rayonuna və yüksək dağlıq ərazidə yerləşən qədim Lahıc kəndinə səfər etdik. Bu kənd çox gözəldir, sakinləri çox mehriban və sadədirlər. Kənddə qədim tarixə malik binaların şahidi olduq. Daha sonra isə yaşıl dağların ətəyində yerləşən, gündüz mülayim, gecə isə sərin iqlimə malik Qəbələ şəhərinə səfər etdik”.

Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan fərqli və möhtəşəm ölkədir. Müstəqilliyini 27 il əvvəl bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində inkişaf etmiş ölkələrdən birinə çevrilib. Ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 342

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...