İQTİSADİ
A- A A+

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

2018-01-29 10:35:38

.

Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) mətbuat xidmətindən bildirilib ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də keçirilən görüşdə deyib.

K.Yankauskas bu günlərdə Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktorunun ölkəmizə səfərinin baş tutacağı haqqında gəmiçiliyin rəhbərliyinə məlumat verib. Diplomat təmsil etdiyi təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən qonaq eyni zamanda gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev şirkətin dünəni və bu günü haqqında qonaqlara məlumat verib. O, bildirib ki, gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və inamla bu hədəfləri reallaşdırmağa çalışır. Avropalı qonaqların diqqətinə çatdırılıb ki, neft və nəqliyyat donanmaları olan gəmiçiliyin hazırda Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında 13 gəmisi üzür. Şirkətin şəffaf fəaliyyətinin də əsas prioritet olduğunu deyən sədr beynəlxalq audit şirkəti olan “Ernst & Young”ın illik maliyyə hesabatlarının internet səhifəsində hər kəs üçün açıq olduğunu bildirib. Rauf Vəliyev gəmiçiliyin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda oynadığı roldan, onun tranzit imkanlarından da danışıb. Sonda “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 480

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...