SİYASƏT
A- A A+

Prezident İlham Əliyev Davosda görüşlərini davam etdirib

2018-01-23 09:05:46

.

Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. APA-nın məlumatına görə, dövlət başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verib. Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 510

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...