SİYASƏT
A- A A+

"Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub"

2015-06-05 09:50:40

"Son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar"

Bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib. 
PA rəsmisinin qeyd etdiyinə görə, beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. O, qeyd edib ki, beynəlxalq hüquq yalnız sözdə mövcuddur: 
"Maraqlıdır: Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının "rəhbərlərinə" Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı B.Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub".

N.Məmmədov daha sonra ermənilərin Suriyadan Ermənistana, Ermənistandan isə Azərbaycana köçürülməsinə toxunub. 
PA rəhbərinin müavini bildirib ki, dünyada uzun sürən geosiyasi proseslər davam etməkdədir. Onun sözlərinə görə, ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi 2 əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır. 
"Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər. Yəqin ki, bir neçə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiasını irəli sürəcək".

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 848

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 21:35:51

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və...

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...