CƏMİYYƏT
A- A A+

Fransalı jurnalistlər Azərbaycana gəlib

2017-07-27 10:40:00

Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon və köməkçisi Fransua Nicolas Azərbaycanda səfərdədir

 

Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi  Jerar Kardon və köməkçisi Fransua Nicolas "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən icra olunan “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində Azərbaycnda səfərdədir.

Bu barədə məlumat verən "Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirilir.

Təşkilat rəhbəri Akif Kərimov  əlavə edib ki,  səfərin məqsədi Azərbaycan həqiqətlərinin:  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlərin, Xocalı soyqırımının, Azərbaycanda multikulturalizm, tolerantlıq və birgə yaşayışın öyrənilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafı və digər məsələlər ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırlmasından ibarətdir.

Səfərin ilk günü, iyunun 24-də qonaqlar mədəniyyət abidələri ilə tanışlıq olmaq uçun Qobustan dövlət tarixi-bədii qoruğu və Atəşgaha səfər  ediblər.

İyunun 25-də qonaqları Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza şöbəsinin  rəhbəri Toğrul  Məmmədli qəbul edib.

O, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti və icra olunan layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Eyni zamanda Şuranın beynəlxalq səviyyədə həyata keçirdikləri layihələr və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətinə görülən işləri diqqətə çatdırıb.

 Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon da fəaliyyəti dövründə Qarabağ məsələsi, Azərbaycan haqqında nəşr etdirdiyi məqalələr  və gələcəkdə planlaşdırılan fəaliyyətlər ilə bağlı geniş informasiya verib.

Günü ikinci yarısı Fransalı qonaqları Milli QHT forumun prezidenti Rauf Zeyni qəbul edib.

Görüşdə Fransa –Azərbaycan əlaqələri, Azərbaycan həqiqətlərinin Fransa mətbuatında işıqlandırlması və digər məsələlər müzakirə edilib. Rauf Zeyni Milii QHT forumun fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib və qonaqlara Azərbaycan haqqında və Xocalı soyqırımı ilə bağlı  kitablar hədiyyə edib.

Günün sonunda qonaqlar Müasir İncəsənət Muzeyi ilə tanış olublar.

Akif Kərimov bildirib ki, səfər proqramı davam edir və Milli Məclisdə Azərbaycan-Fransa parlamentlər arası əlaqələr üzrə işçi qrupunda, Mətbuat Şurasında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda görüşlər planlaşdırılır.

 

 

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 463

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...