QHT və MEDİA
A- A A+

Sahib Məmmədov QHT-lərə Şuranın tətbiq etdiyi yeniliklərdən danışdı

2017-05-23 22:45:30

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “İnsan hüquqları və demokratiya” qrupundan üzv seçilən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun QHT-lərlə görüşü keçirilib. 

 Tədbiri giriş sözü ilə açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin birinci qrant müsabiqəsində qalib gələn QHT layihələrinin effektivliyinin, layihələrin icrasında peşəkarlığın artırılması, uğurlu nəticələrin əldə olunması üçün Şura üzvlərinin seçildikləri qrupların istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.   

 Şura üzvü Sahib Məmmədov Şuranın hər il insan hüquqları və demokratiya istiqaməti üzrə onlarla layihəni maliyyələşdirdiyini bildirib.  S.Məmmədov həmçinin qeyd edib ki, Şura Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnaməyə uyğun olaraq QHT-lərə yalnız maliyyə yardımı göstərmir, həmçinin onlara metodiki, konsultativ və digər formalarda dövlət dəstəyini həyata keçirir. 

 Şuranın fəaliyyətində ötən yarım il ərzində 2 mühüm yeniliyin olduğunu qeyd edən Şura üzvü qaynar xətt xidmətinin yaradılmasından və Apellyasiya Komissiyasının fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, QHT-lərin öz təklif və şikayətlərini asanlıqla Şuraya çatdıra bilmələri üçün qaynar xətt xidmətinin yaradılıb.

 “Qaynar xəttə daxil olan hər bir müraciətə operativ baxılıb, lazımi tədbirlər görülür” –deyən Sahib Məmmədov əlavə edib ki, Apellyasiya Komissiyasının fəaliyyəti də yüksək qiymətləndirilir, bu komissiya bu ildən etibarən daimi işçi orqana çevrilib. “Belə ki, QHT-lər layihə nəticələrindən etirazlarını bildirməklə yanaşı, layihələrin təqdim edilmə, texniki seleksiya ilə bağlı müraciətlərini də Apellyasiya Komissiyasına təqdim edə biləcəklər”- deyən Şura üzvü qeyd edib ki, Apellyasiya Komissiyasına ünvanlanan müraciətlərin tam elektron olaraq qəbul olunması üçün tezliklə texniki işin yekunlaşacaq və QHT-lərin www.e-qht.az saytı üzərindən “apellyasiya bölməsi” vasitəsilə müraciətlərini ünvanlaya biləcəklər. 

 Şuraya təqdim olunan layihələrin keyfiyyət məsləsi də müzakirə mövzusu olmuşdur. Sahib Məmmədov QHT-lərdən, xüsusən də uzun illər fəaliyyət göstərən təcrübəli QHT-lərdən innovativ, nəticəsi olan layihələr gözlədiklərini bildirmişdir.

 Şura üzvü Sahib Məmmədov və Şura ktibliyinin icraçı direktoru Fərasət Qurbanov iştirak edən QHT nümayəndələrinin suallarını cavablandırmışdır. QHT rəhbərləri QHT-lər üçün, xüsusən də yeni yaranan QHT-lər üçün müxtəlif təlimlərin, o cümlədən layihələrin idarə olunması mövzusunda təlimlərin keçirilməsini arzu etmişlər. İcraçı direktor F. Qurbanov yaxın vaxtlarda hesabatların təqdim olunması ilə bağlı təlimlər keçiriləcəyini bildirmişdir.

 QHT rəhbərləri Zemfira Ağayeva, Mehriban Zeynalova, Mirvari Qəhrəmanlı, Davud Rəhimli, Niyaməddin Orduxanlı, Ziba Nəbiyeva, Nailə İsmayılova, Məhluqə Rəhimova, Radə Abbas çıxış edərək icra etdikləri layihələr haqqında fikirlərini səsləndirib, müzakirələrdə aktiv iştirak ediblər. 

 Görüş həm iştirak edən QHT-lər, həm də Şura üçün əhəmiyyətli olmuşdur. Verilən bütün təklif və tövsiyələr qeydə alınmışdır və ümumiləşdirilərək, Şura  rəhbərliyinə, Şuraya və katibliyə təqdim ediləcəkdir. (qhtxeber.az)

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 456

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...